• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Unutsaq - xəyanət etmiş olarıq!

    Unutsaq - xəyanət etmiş olarıq!


    “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”.
     
    İlham ƏLİYEV 
     
    Nəhayət!!!
    Düz 27 ildən sonra ikinci dəfə dünyanın ən alçaq, ən hiyləgər, ən qorxaq, ən rəzil və faşist xislətli düşməni ilə qabaq-qarşı vuruşduq!

    Bu dəfə murdar erməni heç kəsin arxasında gizlənə bilmədi!
    Aldığı gizli dəstək və kömək də karına gəlmədi!
    44 gün ərzində Ermənistan ordusu məhv edildi!
    Düşmənin beli sındırıldı, qarşımızda diz çökdürüldü!
    Qaçıb gizlənməyə yer tapmadı, gizləndiyi dəlmə-deşikdə isə dəqiq mərmi və raket atəşləri ilə yoğrularaq torpağa qarışdırıldı!
    44 gün ərzində Ermənistan ordusunu pərən-pərən salaraq qorxaqlar dəstəsinə, fərarilər yığnağına çevirdik!
    Sinəsi dəmir-dümürlə dolu generallar, zabitlər tabeliklərində olan əsgərlərini, döyüş mövqelərini, silah-sursatlarını ataraq İrəvana qədər qorxaqcasına qaçdılar!
    Sonra hamilərinə və müdafiəçilərinə yalvararaq bizdən aman dilədilər!
    Əlimizə-ayağımıza düşərək hərbi əməliyyatların dayandırılması üçün ağlayıb-sızladılar, neçə-neçə daban yaladılar! 
    Lap axırda qaranlıq bir yerə girərək kapitulyasiya aktına qol çəkdilər!
    Çünki II Qarabağ müharibəsində artıq qarşılarında bambaşqa, yeni bir ordu görmüşdülər!
    * Bu orduya Müzəffər Ali Baş Komandan, “dəmir yumruğ”u ilə düşmənin başını əzib, belini qıran İlham Əliyev rəhbərlik edirdi!
    * XXI əsrin qüdrətli ordusunu yaradan, onu ən müasir silahlarla, ən yeni strategiya və taktika ilə təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev!
    * Düşmənin 30 ildə havadarlarının köməyi ilə yaratdığı altıqat müdafiə xəttini, “keçilməz” səngərlərini, beton bunkerlərini uğurlu taktikası və ağıllı manevrləri ilə heçə çıxaran Müzəffər Ali Baş Komandan İlham Əliyev!
    * 44 gün ərzində “böyük Ermənistan”, “məğlubedilməz ordu”, “qalib xalq” xülyasını sabun köpüyü kimi partladaraq puça çıxaran Müzəffər Ali Baş Komandan İlham Əliyev!
    Bəli, otuz ildən sonra həsrətini çəkdiyimiz, bir dəqiqə belə unutmadığımız vətənə, doğma yurd-yuvaya qayıtdıq!
    ANCAQ...
    Elə bil bu ərazilərdə 18 ballıq zəlzələ baş vermişdi!
    Bütün yaşayış məntəqələri, binalar darmadağın edilmiş, daş-torpaq yığnağına çevrilmişdi!
    Təbii ki, 18 ballıq zəlzələ olmur və belə bir təbii fəlakət baş versəydi, bunu tək biz yox, bütün dünya bilərdi!
    Sanki Qarabağ ərazisindən vəhşi qəbilələr keçmişdi!
    Heç onlar da bu qədər vəhşilik və barbarlıq edə bilməzdilər!
    Əslində, bu torpaqlara erməni faşizminin murdar nəfəsi dəymişdi!
    Yalnız erməni xisləti belə qəddarlığa, amansızlığa, qeyri-insani hərəkətlərə qadirdir!

    Düşmən murdar xislətinə xas olanların hamısını edib!
    Avropalılar bu mənzərələri öz yanaşmaları ilə dəqiq qiymətləndirdilər!
    Erməninin bir dənə də salamat tikili qoymadığı Ağdamı “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırdılar!
    Bəli, bütün dünyanın lənətlə andığı növbəti Xirosimanı Qarabağda erməni faşizmi törətmişdir!
    Artıq dünya Qarabağda törədilən XXI əsrin qəbilə vandallığından xəbərdardır!
    Təkcə Azərbaycan xalqı deyil, dünyanın bütün ölkələrində yaşayanlar da tarixin görünməyən vəhşiliklərini öz gözləri ilə görüblər:
    * dünyaya yayımlanan Azərbaycan telekanalları vasitəsilə;
    * dünyanın əksər ölkələrindən Qarabağa gələrək bu faciədən çəkilişlər aparmış KİV vasitəsilə;
    * beynəlxalq miqyasda tanınmış QHT təmsilçilərinin və bloqçuların Qarabağa səfərdən sonra öz ölkələrinin telekanallarında və internetdə yaydıqları süjetlər vasitəsilə;
    * bu vəhşilikdən sarsılmış insanların mobil telefonlarına çəkərək sosial şəbəkələrdə yerləşdirilmiş həvəskar çəkilişləri vasitəsilə;
    * ən nəhayət, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağa çoxsaylı səfər edərkən müraciət, açıqlama və müsahibələrini müşayiət edən operator çəkilişləri vasitəsilə!

    Daha erməni dəvə kimi başını kolluğa soxaraq özünü “qədim”, “mədəni”, “zavallı” toplum kimi təqdim edə bilmir!
    Çünki otuz ildə işğal etdiyi özgə torpaqlarındakı vəhşiliklər göz önündədir!
    ***
    Artıq biz öz Qarabağımıza qayıtmışıq!
    Artıq biz otuz ildən sonra da olsa, öz torpağımıza sahib çıxmışıq!
    Artıq biz öz Vətənimizdəyik və hər zaman, hər an ucadan qürurla, var səsimizlə “Qarabağ Azərbaycandır!” - deyə hayqırırıq!
    Bu xarabalıqlar da bizə çox doğma, çox əzizdir!
    Əvvəla, Vətənimizdir!
    İkincisi isə, onu böyük qurbanlar hesabına, hər biri bizim üçün müqəddəs və əziz olan şəhidlərimizin qanı bahasına qaytarmışıq!


    Doğrudur, şəhid balalarımızın qisasını artıqlaması ilə almışıq!
    Doğrudur, ermənini rəzil, şərəfsiz günə salmışıq!  
    Doğrudur, 44 günlük Vətən müharibəsindən sonra nə erməni ordusu qalıb, nə müstəqil Ermənistan dövləti var, nə də yaxın müddətdə onun böhrandan, dilənçi vəziyyətindən, siyasi xaosdan, miqrant axınından qurtarmaq imkanı!
    Cavabımız ağır, zərbəmiz güclü, nəticə isə heç kəsin - nə Ermənistanın havadarlarının, nə dünya erməniliyinin, nə də “böyük Ermənistan” xülyasından ağlını itirən erməni vətəndaşlarının ağıllarına belə gətirə bilməyəcəkləri həcmdə və qüdrətdə olub!
    “Dəmir yumruq” isə yenə hər an ağılsız başları əzməyə hazır vəziyyətdədir!
    ***
    Tale bizi zorla ermənilərə qonşu edib!
    Biz heç hara gedəsi deyilik, yenicə doğma yurd-yuvaya qayıtmışıq!
    Ermənini isə baş götürüb qaçmağa qoymurlar!

    Faşist xislətli, murdar niyyətli, revanşist düşüncəli düşmənlə qonşu olduğumuzu bir an belə unutmağa haqqımız yoxdur!
    * Daim güclü olmalıyıq!
    * Daim qüdrətli orduya sahib olmalıyıq!
    * Daim hər bir təxribat əməlinə hazır olmalıyıq!
    * Daim erməni qudurğanlığının payını artıqlaması ilə verməyi bacarmalıyıq!

    Ən əsası isə, bu vəhşilikləri, bu qəddarlıqları, bu dağıntıları, bu xarabalıqları unutmamalıyıq!
    * Bunu bizə Prezidentimiz deyir!
    * Bunu bizə tariximiz deyir!
    * Bunu bizə real vəziyyət və mövcud şərait diktə edir!

    İndiyədək olanları unutmağa mənəvi haqqımız yoxdur!
    * Unutsaq - özümüzə xəyanət etmiş olarıq!
    * Unutsaq - millətimizə xəyanət etmiş olarıq!
    * Unutsaq - xalqımıza xəyanət etmiş olarıq!
    * Unutsaq - torpaq uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhuna xəyanət etmiş olarıq!
    Xocalıda soyqırımına uğradılan qocaların, qadınların, uşaqların ruhuna xəyanət etmiş olarıq!
     Yalnız azərbaycanlı olduğuna görə, Qarabağda yaşadığına görə erməni vandalları tərəfindən vəhşicəsinə qətlə yetirilən iyirmi beş mindən çox vətəndaşımızın ruhuna xəyanət etmiş olarıq!
    Alçaq ermənilər tərəfindən öldürülən yüzlərlə azərbaycanlının - ləzginin, talışın, rusun, yəhudinin, tatın, ingiloyun, avarın - bir sözlə, Azərbaycanı özünə doğma vətən bilən və onun uğrunda canından keçən oğullarımızın ruhuna xəyanət etmiş olarıq!

    Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızı geri qaytardıq, alçaq düşməndən bütün qisaslarımızı aldıq!
    Onları “Bayraqdar”larla məhv edərək müqəddəs torpaqlarımızdan it kimi qovduq!
    Tam əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızı cənnətə çevirəcəyik!

    Cümlə Qarabağ əvvəlkindən də gözəl, varlı və qüdrətli olacaqdır!
    * Amma indiki xarabalıqları, yerləyeksan edilmiş kənd, şəhər və qəsəbələri unutmamalıyıq!
    * Dağıdılmış, təhqir edilmiş, donuz, qaramal saxlanmış məscidlərimizi heç zaman yaddan çıxarmamalıyıq!
    * Yandırılmış məktəbləri və uşaq bağçalarını, talan edilmiş mal-mülkləri, qarət olunmuş muzeyləri, mədəniyyət ocaqlarını unutmamalıyıq!
    * Məhv edilmiş nadir meşələrimizi, kəsilmiş meyvə bağlarımızı, yağmalanıb daşınmış yeraltı və yerüstü sərvətlərimizi unutmamalıyıq!
    * Dağıdılmış asfalt yollarını, sökülüb satılmış dəmir yolu xətlərini, partladılmış körpüləri, sıradan çıxarılmış elektrik, su xətlərini, kəhrizləri, artezian quyularını, zəhərlənərək suları çirkləndirilmiş çaylarımızı, göllərimizi, balıqları unutmamalıyıq!
    * Başdaşıları oğurlanaraq kimlərəsə satılmış, dəmir cağları oğurlanıb aparılmış, qızıl dişlərinə görə gor evini eşərək qəbirləri tar-mar olunmuş qəbiristanlıqları unutmamalıyıq!

    Bunu bizdən Vətən tələb edir!
    Bunu bizdən müqəddəs şəhid ruhları tələb edir!
    Bunu bizdən qəhrəman qazilərimiz tələb edir!
    Bunu bizdən başı bəlalar çəkmiş yaralı Vətən torpağı tələb edir!
     



    Bəxtiyar SADIQOV 


    www.yeniheyet.az  шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ