• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Prezidentin cavabı güclü və xarizmatik dövlət başçısı olduğunu bir daha göstərdi

    Prezidentin cavabı güclü və xarizmatik dövlət başçısı olduğunu bir daha göstərdi


    Tarix boyu həmişə belə olub ki, sərkərdəsi güclü olan ordu qalib olub, eynilə biz bu tarixi canlı olaraq yaşadıq. Xalq və ordu birliyi bütün dünya xalqlarına bir nümunə oldu. 44 gün davam edən İkinci Vətən müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidentimizin savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında sözün əsl mənasında siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı.

    Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Moskvada TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı maraqlı açıqlamalar verməklə yanaşı, ünvanlanan suallara qılıncdan iti olan, sağlam məntiqə əsaslanan sözün qüdrətini hazırcavablığı, məntiqli düşüncəsi ilə bildirən Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi bu müsahibə zamanı bir daha Ermənistana və onu silahlandıranlara növbəti xəbərdarlıq etməklə Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirdi.

    Azərbaycan Prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Azərbaycanın dövlət başçısı qeyd edib ki, imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər-ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Göründüyü kimi, Prezident İlham Əliyev müsahibəsi zamanı açıq şəkildə bəyan edib ki, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup bəyannamə layihəsinin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. İndiki halda isə Azərbaycanla Rusiyanın münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxması o deməkdir ki, bütün sferalar üzrə əməkdaşlıq yeni mərhələyə qalxır və artıq yeni imzalanan sənəd Azərbaycan-Rusiya münasibətlərinin bundan sonrakı inkişafının yol xəritəsi də hesab oluna bilər.

    Qeyd edək ki, həmin görüşdə Rusiya mediasının erməni diasporuna mənsub olan əsas siması, “Russia Today” telekanalının, “Rossiya Seqodnya” və “Sputnik” agentliklərinin baş redaktoru Marqarita Simonyanın qərəzli sualları ilə bir daha ənənəvi erməni xislətini nümayiş etdirdi.
    Ancaq ölkə başçımız İlham Əliyevin dəqiq, tamamilə faktlara əsaslanan fikirləri və Mehriban xanım Əliyevanın humanitar əsaslarla verdiyi cavab nəticəsində süquta uğramışdır. Məlumat üçün qeyd edim ki, Simonyan etnik ermənilərin Azərbaycana girişinə guya qadağa qoyulması ilə bağlı ölkə başçımıza qərəzli sualla müraciət etmişdi. Əvəzində ölkə başçımız bunun belə olmadığını, indiyə qədər müxtəlif tədbirlər, beynəlxalq yarışlar, konfranslar çərçivəsində etnik ermənilərin və milliyyətcə erməni olan digər ölkə vətəndaşlarının Azərbaycana gəldiyini bildirmiş, belə vətəndaşların ölkəmizə gəlməsi üçün sadəcə müəyyən qurumların öncədən xəbərdar edilməsinin vacibliyini nəzərə çatdırmışdır. Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabın qorunub saxlandığının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.

    Daha sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onları Azərbaycanı və işğaldan azad edilmiş əraziləri öz gözləri ilə görmək üçün ölkəmizə dəvət etdilər. Bununla da, Marqarita Simonyan otuz il işğal altında qalan əzəli torpaqlarımızda “mədəni”, “xeyirxah”, “sülhsevər” erməni xalqının hansı barbarlıqlar törətdiyini öz gözləri ilə görə və həqiqətləri heç bir yalan burulğanı olmadan müşahidə edə biləcək.

    Prezident İlham Əliyev görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da ətraflı məlumat verib. Bərpa-quruculuq işləri ilə bağlı dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Amma ərazilərin minalanması işləri xeyli ləngidir. Müharibənin başa çatmasından indiyədək minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Ölkəmizə təqdim olunmuş xəritələrin dəqiqliyi 25 faiz təşkil edir. Gerçək xəritələrin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququn pozulması deməkdir.

    Görüşdə növbəti diqqətçəkən anlardan biri də “Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov tərəfindən səsləndirilən Türkiyə ilə münasibətlərin səciyyələndirilməsi ilə bağlı sual oldu. Ölkə başçımız cavabında ilk olaraq Türkiyə ilə münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu bildirdi. Əlavə olaraq, Vətən müharibəsinin ilk anlarından etibarən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə verdiyi güclü siyasi dəstək və müharibədən sonra azad olunmuş torpaqlarımızda aparılan bərpa quruculuq işlərində türk şirkətlərinin oynadığı mühüm roldan bəhs edildi.

    Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu.Müdriklərin bir hikmətli kəlamını xatırladaq: «Ağıllı insan həqiqəti hər yerdə deyir. Müdrik isə həqiqəti zamanında və yerində söyləyir.

    Bəli, ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu, Ermənistanın, dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.



    SEYFƏDDİN ƏLİYEV,
    YAP Masallı rayon təşkilatının sədri
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ