• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda rayon rəhbəri qalib futbol komandasını qəbul edib

    Masallıda rayon rəhbəri qalib futbol komandasını qəbul edib


    15 iyul 2022-ci il tarixdə Masallı RİH başçısı Şahin Məmmədov Azərbaycan  çempionu “Ərkivan” futbol komandasını qəbul edib. Ş.Məmmədov Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatının rayonumuzun xeyrinə başa çatdığını bildirib. Belə ki, Masallı rayon rəhbəri həvəskarlar liqasında mövsüm ərzində bütün oyunlarını qələbə ilə başa vuran «Ərkivan» FK çempionatın final mərhələsinə vəsiqə qazandığını bildirib. Final qarşılaşması Masallının “Ərkivan” futbol klubu ilə Bakı şəhərinin “Mübariz” komandası arasında baş tutub. İyul ayının 10-da, paytaxt şəhərindəki “Dalğa-Arena” stadionundakı həlledici görüş gərgin mübarizə şəraitində keçib. İlk yarım hissədə qapılara top vurulmayıb. İkinci hissənin ilk dəqiqələrində bakılılar qabağa çıxmağa nail olublar. Oyunun son dəqiqələrində Masallı idmançıları tarazlığı bərpa etməyə səy ediblər. Əsas hissə 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda üstünlüyü ələ alan “Ərkivan” FK son nəticədə möhtəşəm qələbəyə imza atıb – 1:3. İclasda bildirilib ki, fəal futbolçulardan Əflatun Məmmədov iki, Asəf Həşimov isə bir dəfə rəqib qapısına yol tapa bilib. “Ərkivan” FK-nın üzvü Əflatun Məmmədov  20 top vurmaqla çempionatın bombardiri olub. Bununla da Masallı rayonunun “Ərkivan” futbol klubu həvəskar komandalar arasında keçirilən XXIII ölkə birinciliyinin qalibi adını əldə edə bilib.

    Şahin Məmmədov sevinclə bildirib ki, hər birinizi təbrik edirəm. İdman sağlamlığın rəhnidir. Sağlam bədəndə sağlam ruh olur. Gənclər sağlam olarsa Vətən uğrunda vuruşa bilərlər. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gənc zabit və əsgərlərimiz, şəhidlərimiz bizə Qələbə sevinci yaşatdı... Çox sevindirici haldır ki, «Ərkivan»da da, futbol klubunun tərkibində beş nəfər Vətən müharibəsi iştirakçısı — Ağazadə Ağa Məhəmməd oğlu, Tağıyev Mirmunis Möhsüm oğlu, Səfərəliyev Rəvan Cəmil oğlu, Sabirli Kamandar Fizuli oğlu vəö Əlizadə Məhəmməd Xanəli oğlu vardır. Masallının belə sağlam gənclik mühiti var və yaşanır...

    -Masallının sevinci sevincim, kədəri kədərimdir. Təbrik edirəm, əziz futbolçular. Nailiyyətləriniz bol olsun, Masallının adına həmişə qürur gətirəsiniz, — deyə RİH başçısı qeyd edib.

    Sonra çempion komandanı Masallı rayon Gənclər və İdman idarəsinin rəhbəri Sabiq Cahangirov təbrik edib. O, komandanın rəhbəri və baş məşqçisi Ramil Həsənovu təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb. 
    Çıxış edən futbolçular, “Ərkivan”lılar görüşdən məmnun qaldıqlarını bildiriblər.





    “Yeni həyat” qəzeti
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ