Dövlət Məşğulluq Agentliyinin sədri Masallıda vətəndaşları qəbul edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin bu dəfə Masallı rayonunda vətəndaş qəbulu baş tutub.
Qəbulda Masallı və Yardımlı rayonlarından vətəndaşlar iştirak edib. Ümumilikdə 9 şəxsin qatıldığı qəbulda müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az