Sərçuvarda xəstə yatağında olan şəhid atası ziyarət olundu
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Sərçuvar kəndində Vətən müharibəsi şəhidi Səməndər İsgəndərovun atası Vahid İsgəndərovu evində ziyarət etmişdir.
Ziyarətdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, kəndin din xadimləri iştirak ediblər.
Masallı rayon rəsmiləri görüşdə şəhidin xəstə atası ilə dərdini bölüşərək, onlara mənəvi dəstək və ehtiramlarını ifadə ediblər.
Masallı rayon rəsmiləri həmçinin, ailələrin qayğı və ehtiyacları ilə yaxından maraqlanıblar.
Xəstə yatan şəhid atası Vahid İsgəndərov isə övladı Səməndər İsgəndərovun, onun döyüş yoldaşlarının həyat və şərəfli döyüş yolundan söz açıb, kövrək xatirələri dilə gətirib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və başqaları 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Sonda şəhid atası Vahid İsgəndərov xüsusi qayğıya görə rayon rəhbərinə və qonalara hədsiz minnətdarlığını ifadə etmişdir.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az