Masallı rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı

    Masallı rayon Ağsaqqallar Şurasının illik hesabat yığıncağı


    Bu gün, 30 may 2024-cü il tarixdə Masallı şəhər Gənclər Evində Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edib.

    Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Mərkəzinin önündə ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

    Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Hesabat yığıncağını giriş sözü ilə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev açaraq şuranın son bir ildəki fəaliyyəti barədə məruzəsi dinlənilmişdir.

    Məruzə ətrafında müzakirələrdə şura üzvləri Viləş kəndinin sakini, iki şəhid atası Bayram Əsgərov, Eminli kənd sakini Hacı Rəbbi Kərimov, Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon şəbəsinin sədri, Mahmudavar kənd sakini Həsənağa Əliyev, Masallı şəhər sakini, yazıçı Meysəba Aslanova və başqaları çıxış edərək qurumun cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırmışlar.

    Natiqlər şuranın fəaliyyətini müsbət dəyərləndirmiş və bir sıra təkliflər vermişlər.

    Gələcək həmin təkliflərin həyata keçirilməsi yolları barədə fikir söylənilmişdir.

    Tədbirdə çıxış edənlər ölkəmizdə, xüsusilə də işğaldan azad olunan torpaqlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən bəhs ediblər və bu gün həmin torpaqlarda yenidən qurma işləri aparılır. Aparılan işlərə sərmayə qoyuluşunun 80-90 faizini Azərbaycan öz hesabına həyata keçirir ki, bu da bir daha dövlətimizin malik olduğu iqtisadi qüdrəti göstərir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyasının olduğu zaman bu xəstəliklə mübarizədə aparılan maarifləndirmə işlərində ağsaqqalların da üzərinə müəyyən vəzifələrin düşdüyünü bildiriblər və qeyd olunub ki, rayon ərazisində ağsaqqallarımız əhali ilə, xüsusilə də gənclərlə daha intensiv işlər aparılır, onların zərərli vərdişlərə aludəçiliyinin və digər neqativ halların qarşısının alınmağında yaxından iştirak edirlər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Rayon rəhbəri bildirib ki, cari il ərzində təşkilat ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçirmək olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi və bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrini və qazilərimizi diqqətdə saxlayır və onların məişət problemlərinin, digər qayğılarının yaxşılaşdırılması üçün tapşırıqlar veriblər.

    Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq, bu sahədə, əsasən də rayon ərazisində hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib və vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında dahada yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Ölkəmizdə Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı geniş miqyaslı quruculuq — abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan söhbət açıb.












    İbrahim ŞÜKÜROV,                                                                                                                                             Masallı rayon Ağsaqqallar Şurasının mətbuat katibi                                                                                      
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ