“Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı ağac əkini
İyulun 18-də Masallı rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması məqsədilə Masallı rayon İcra Hakimiyyəti, prokurorluq əməkdaşları və tədbirin digər iştirakçıları tərəfindən Masallı rayonunda ağaclar əkilib.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az