Masallı RİH Başçısı 25.12.2024-cü il tarixdə Böyük Kolatan ərazisinin sakinləri ilə görüşdü » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı RİH Başçısı 25.12.2024-cü il tarixdə Böyük Kolatan ərazisinin sakinləri ilə görüşdü

    Masallı RİH Başçısı 25.12.2024-cü il tarixdə Böyük Kolatan ərazisinin sakinləri ilə görüşdü


    25 dekabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Böyük Kolatan kəndində keçirmişdir.

      Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış edərək səyyar görüş-qəbulunu açıq elan etmiş, sonra sözü Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə məlumat verməsini istəmişdir.
    Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək qeyd etmişdir ki, ərazidə ötən qəbul zamanı keçirilmiş görüşdə 2 nəfər vətəndaş tərəfindən 2 müraciət olunduğu və müraciətlərin hər ikisinin müsbət həll olunduğu bildirilmişdir.

    Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, Şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan vətəndaşlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilməsi, Bala Kolatan kənd orta məktəbinin əsaslı təmir olunması və əlavə 5 sinif otağı üçün binanın tikilməsi, ərazidə 450 metr kənddaxili küçəyə asfalt örtüyünün döşənməsi, Kolatan-Sığdaş yolunun 3 km hissəsinin cari təmir olunması, 2 km kənddaxili yola çınqıl tökülərək hamarlanması, ərazidə 1 ədəd transformatorun yenisi ilə əvəz olunması, 30 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi və 500 metr küçə işıqlandırılması sisteminin quraşdırılmasını bildirdi. Həmçinin Böyük Kolatan məscidi və Bala Kolatan kənd məktəbinə sayğac qoylaraq təbii qazla təmin olunması,  GPON lahiyəsi üzrə “Aztelekom” İB və “SkyLink” MMC şirkətləri tərəfindən əraziyə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1000 ədədə yaxın ağacın əkilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.

    İlk olaraq Birinci Qarabağ müharibəsində itkin düşərək şəhid statusu almış Simran Rzayevin anası Şəhrəbanı Mustafayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə minnətdarlığını ifadə etdi.

    Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş və qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alıb nəzarətə götürmüş və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    3. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    5. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    6. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    7. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    8. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    9. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    10. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    11. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    12. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    13. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    14. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    15. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    16. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    17. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    18. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    19. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    20. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    21. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    22. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    23. 09:07 Ərazi nümayəndəsinin tribunası
    24. 09:05 Allah rəhmət eləsin
    25. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    26. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    27. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    28. 13:52 Allah rəhmət eləsin
    29. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    30. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    31. 10:25 Bələdiyyə sədri
    32. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    33. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    34. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    35. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    36. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    37. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    38. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    39. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    40. 14:35 Yeni şeirlər
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ