Azərbaycan Prezidentinə yazırlar

Hörmətli cənab Prezident,
Bir neçə gün bundan əvvəl Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumunun açılış mərasimində iştirakınızı və oradakı görüşlərinizi mediadan izlədik və bir daha Sizinlə fəxr etdik.
Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dövlət və hökümət başçıları ilə keçirdiyiniz görüşlərinizdə, beynəlxalq təşkilatlardakı çıxışlarınızda, media nümayəndələrinə müsahibələrinizdə söylədikləriniz Azərbaycanın haqq səsini ucaltmaqla yanaşı, ölkəmizin tanınmasının və inkişafının əsaslarını təşkil edir. Bu, böyük bir məharət tələb edir. Xalqımızın Sizə inamı və güvəni sonsuzdur.
Azərbaycan dövləti və xalqı üçün etdiklərinizə görə Sizə minnətdarlığımızı bildirir və “çox sağ olun!” deyirik.
Allaha əmanət olun!
Hörmətlə,
Mirqabil Hüseynov, “Tərəqqi” medallı Əməkdar müəllim,
Məftun Hüseynov, şəhər “Cümə” məscidinin axundu
Azərbaycan Respublikası, Masallı şəhəri.