Masallıda minifutbol idman növü üzrə rayon turniri keçirilib

Masallı rayon “Ərkivan arena”da keçirilən turnirdə 4 komanda mübarizə aparıb.
Birinci yerə Masallı Rayon İcra Hakimiyyətinin komandası, ikinci yerə Masallı UGİŞM-in komandası, üçüncü yerə Masallı UGİM-in komandası layiq görülüb.
Qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif olunublar.
