Masallıda “Çəltik və Düyü” festivalı » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Çəltik və Düyü” festivalı

    Masallıda “Çəltik və Düyü” festivalı


    26 sentyabr 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda Masallı Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Çəltik və Düyü” festivalı keçirilmişdir.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Cavanşir Paşazadə, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, sahibkarlar, fermerlər və 1200 nəfər rayon sakini iştirak etmişlər.

     Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi hazırlanmışdır. Bu Strateji Yol Xəritəsində 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

    Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı işlər görülür və qərarlar qəbul edilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri avadanlığının güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi, həmçinin fermerlərin sertifikatlı, o cümlədən keyfiyyətli və məhsuldar toxumlarla təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. 

    Ənənəvi kənd təsərrüfatı rayonu olan Masallıda 24907 hektarı əkinə yararlı torpaq sahəsi, o cümlədən əkilən 17933,3 hektar və suvarılan 10131 hektar torpaq vardır.

    Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında müvafiq Sərəncam imzalanmış və tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların nəticəsi olaraq Masallı şəhərində “Masallı Nemətləri” MMC tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş sutkalıq emal gücü 20 ton olan çəltik emalı zavodu quraşdırılmış və 18 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
    Çəltikçilik sahəsində yaradılmış əlverişli mühit rayonda çəltik əkin sahələrinin artmasına səbəb olmuşdur. Bu il 179,3 hektar sahədə çəltik əkini aparılmışdır. Çəltik əkin sahələrində ümumilikdə orta məhsuldarlıq 35-40 sentner olmuşdur.
    Bu gün Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Masallı rayonunda “Çəltik və düyü festivalı” keçirilir.

    Tədbirin keçirilməsi çəltik əkini ilə məşğul olan fermer və xüsusi mülkiyyətçilərin bu sahədəki fəaliyyətlərinin genişləndirilməsi, onların rəğbətləndirilməsi, fəaliyyətlərinin respublika səviyyəsində işıqlandırılması, digər fermer və xüsusi mülkiyyətçilərin bu sahəyə marağının artırılması, bu əkin növünün ənənəvi əkin növünə çevrilməsi məqsədi daşıyır. 

    Festivalda nümayiş olunan 10 sektorda rayon ərazisində istehsal olunan çəltik növləri, kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq məhsulları, ərzaq məhsulları, xalçaçılıq, el sənətkarlığı nümunələri, toxuma və əl işləri, məktəblərin hazırladığı rəsm qalereyası, rayonda istehsal olunan sənaye məhsulları, 15 restoran və istirahət mərkəzi tərəfindən 40 növdə 85 sayda plov və düyüdən hazırlanan məhsullar,  50 şirkət və şəxslər tərəfindən 150-dən çox istehsal etdikləri məhsulları və s. nümayiş etdirilir.   
    Eyni zamanda festivalda respublikanın digər şəhər və rayonlarından kənd təsərrüfatı texnika və avadanlıqlarının satışı ilə məşğul olan 40-a yaxın şirkət iştirak edir.

    Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, Aqrar Biznes Festivalları artıq ənənəvi xarakter alıb və bölgələrdə dövlət-özəl əməkdaşlığının möhkəmlənməsində mühüm rol oynayır. Bu gün keçirilən çəltik və düyü festivalının fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından əhəmiyyətini qeyd edib. Sonda Masallı Rayon İcra Hakimiyyətinə tədbirin keçirilməsində göstərilən köməkliyə görə təşəkkürünü bildirib. 

    Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında bu gün keçirilən çəltik və düyü festivalının gələcəkdə rayonun kənd təsərrüfatında əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində aqrar məhsulların istehsalı və satışı ilə məşğul olan şirkətlər, bank və kredit təşkilatları, həmçinin dövlət qurumları fermerlərlə birbaşa ünsiyyət quraraq onların ehtiyaclarını öyrənir və əməkdaşlıq imkanlarını genişləndirirlər. Həmçinin qeyri neft sektorunun inkişaf etdirilməsində kənd təsərrüfatının nə dərəcədə vacib olduğunu diqqətə çatdırmışdır. 

     Milli Məclisin deputatı Cavanşir Paşazadə çıxışında bildirib ki, bölgələrdə təşkil olunan belə festivallar aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün öz məhsullarını nümayiş etdirmək, yeni satış kanalları tapmaq və təcrübə mübadiləsi aparmaq üçün gözəl bir platformaya çevrilib. O, keçirilən festivalların həm də maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Eyni zamanda çəltikçiliyin Masallı rayonunun iqtisadiyyatına əhəmiyyətindən bəhs edərək keçirilən çəltik və düyü festivalını təqdirəlayiq hesab etmişdir. 
     Sonra çıxış edənlər “Okean Pro” MMC-nin təsisçisi Elxan Qubadov, Mahmudavar kənd sakini “Baba bulağı” MMC-nin rəhbəri Babayeva-Cəfərzadə Zəmanə və Qızılağac kənd sakini fermer Anar Abbasov əvvəl öz təsərrüfatları haqqında ətraflı məlumat vermiş, sonra isə ölkənin müxtəlif yerlərində keçirilən festivalların, o cümlədən bugünki çəltik və düyü festivalının onlara stimul verdiyini qeyd etmişlər. Onlar kənd təsərrüfatı sahəsində yaradılan əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə, Kənd Təsərrüfatı Nazirliyinə, Aqrar İnnovasiya Mərkəzinə, Rayon İcra Hakimiyyətinə və aidiyyəti təşkilatlara təşəkkürlərini bildirmişlər. Eyni zamanda “Çəltik və Düyü festivalı”nın keçirilməsini fermerlərə və xüsusi mülkiyyətçilərə böyük stimul verəcəyini qeyd edərək Masallı rayonu üçün əlamətdar hadisə hesab etmişlər.  
    Tədbir rəsmi hissədən sonra festivalda nümayiş olunan sektorlara baxış ilə davam etmiş, konsert proqramı ilə başa çatmışdır.















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    2. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    4. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    6. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    7. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    8. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    9. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    10. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    11. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    12. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    13. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    14. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    15. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    16. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    20. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    21. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    22. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    23. 10:08 UNUDULMUR...
    24. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    26. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    27. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    28. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    30. 16:46 “PeşəFest-2026” - Masallıda
    31. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    32. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    33. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    34. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    37. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    38. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    39. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    40. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ