Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi nümayəndəliyi və bələdiyyə İmanlı kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə 06.12.2025-ci il tarixdə 280 metr məsafədə döşənmiş asfalt örtüyünə yerində baxış keçirmişlər.
Rayon rəhbərliyinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahat gediş-gəlişinə xidmət edir.
Baxış zamanı icra başçısına görülən işlərin həcmi, asfaltın keyfiyyəti və gələcəkdə nəzərdə tutulan abadlıq planları barədə məlumat verilib. Qeyd olunub ki, yolun yenilənməsi həm kəndin ümumi görünüşünə müsbət təsir göstərir, həm də şəhərin şəhid adının daşıyan əraziyə xüsusi diqqət və ehtiramın ifadəsidir.
Səfər çərçivəsində rayon rəhbəri Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin ailəsini də ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailəsinə göstərilən dövlət qayğısının davamlı xarakter daşıdığı vurğulanıb və onların rifahının hər zaman diqqət mərkəzində olduğu bildirilib. Qeyd edək ki, Masallı rayonunda aparılan bu tip layihələr həm şəhidlərimizin xatirəsinə ehtiramın, həm də regionun sosial infrastrukturunun inkişafına verilən önəmin bariz nümunəsidir.
Şəhidin ailə üzvləri görülmüş işlərə, şəhid küçəsinə asfalt örtüyünün döşənməsinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və zəhməti olanların hər birinə dərin minnətdarlıqlarını ifadə ediblər.


































