Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu

12 dekabr 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olunmuşdur.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, din xadimləri, şəhid ailələri, müharibə veteranları, media və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilən, ideyası Ümummilli Liderin müasir Azərbaycan tarixində qoyduğu izi ehtiva edən, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunan “İz” filmi böyük maraqla izlənildi.




































