Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
Masallı rayonunda son illərdə rayon rəhbərliyinin təşəbbüsü və dövlət proqramlarının dəstəyi ilə kənd təsərrüfatının inkişafında artım müşahidə olunur. Rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq əkin sahələrinə yerində baxış keçirilir, fermerlərlə görüşülür, onların təklif və problemləri dinlənilir.
11 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, ərazi nümayəndəsi və bələdiyyə sədri birlikdə Böyük Kolatan kəndində Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirmişlər.
Fermer Fikrət Məmmədov əkin sahələri və məhsuldarlıq barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir.
Rayon rəhbəri əkin sahələrinin vəziyyəti, aqrotexniki qulluq işlərinin gedişi və gələcək məhsuldarlıq barədə fermerlə söhbət aparmış və qeyd etmişdir ki, bu sahələrin inkişafı həm yerli iqtisadiyyatın gücləndirilməsində, həm də məşğulluğun artırılmasında mühüm rol oynayır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinin rayonun sosial-iqtisadi rifahı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.







































