Masallı rayonunda “Heydər Əliyev və statistika” mövzusunda tədbir keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda “Heydər Əliyev və statistika” mövzusunda tədbir keçirilib

    Masallı rayonunda “Heydər Əliyev və statistika” mövzusunda tədbir keçirilib

       5 dekabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Masallı şəhər Gənclər Evinin böyük akt zalında "Heydər Əliyev və statistika" mövzusunda elmi-praktiki konfrans keçirilib.
       
    Tədbir başlamazdan əvvəl Masallı rayonunun mərkəzində ucaldılan Ulu Öndərin abidəsi ziyarət edilib.
     
     Sonra Dövlət Himni səsləndirilib.
       
    Daha sonra Ümummilli Lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Niyazi Bağırov tədbir iştirakçılarını ilk öncə rayon rəhbəri Araz Əhmədovun adından salamlayaraq qeyd edib ki, xaricdə, ölkəmizdə, o cümlədən Masallı rayonunda Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif silsilə tədbirlər keçirilir. Bu gün də biz RİH və Statistika idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və statistika” mövzusunda konfransa yığışmışıq. -Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin müstəsna yeri vardır. Belə ki, Ulu Öndərinhəm birinci, həm ikinci  siyasi hakimiyyətdə olduğudövrlərdə xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu daim xatırlanır. Bu dövrlər Azərbaycanın xilası və xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünə məxsus yerə malikdir. İqtisadiyyat hər bir dövlətin inkişafının əsasını təşkil edir.

    Ona görə də ölkələr iqtisadiyyatın daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Çünki iqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Dövlətin inkişafında onun iqtisadi üstünlüyü əsas rol oynayır. Bu baxımdan Azərbaycanda iqtisadi inkiaf üçün bütün imkanlar yaradılmışdır. Görkəmli şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil iqtisadiyyatımızın təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Respublika iqtisadiyyatında istehsalın sürəti genişlənmiş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar, naliyyətlər qazanılmış, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, yeni və müasir istehsal sahələri yaradılmış, əhalinin maddi rifah halı və mənəvi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır, — deyə RİHB-nın şöbə müdiri Niyazi Bağırov söhbətinə davam edib: — Bu gün Ulu öndərin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə iqtisadiyyatın ayrı-ayrı sahələrində iqtisadi inkişafa nail olunmuş və Azərbaycan regionun ən güclü iqtisadi ölkəsinə çevrilmişdir.
       
    Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası Masallı rayonunda da uğurla icra olunur. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun tapşırığına əsasən rayonun iqtisadi və sosial inkişafı daim diqqət mərkəzindədir. Rayon Statistika İdarəsi ilə birlikdə iqtisadi sosial inkişafı xarakterizə edən göstəricilərlə daim tanış olur, öz dəstəyimizi daim onlara göstəririk.
       
    Masallı Rayon Statistika İdarəsinin rəisi Ramin Bəgəlizadə Ulu Öndərin Statistika sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, məhz onun dövründə “Rəsmi statistika haqqında” qanunun qəbul edilməsiilə statistika tarixində xüsusi dövrün başladığını vurğuladı.

    Masallı rayonunda çıxan «Yeni həyat» ictimai — siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevlə bağlı çıxışlarında dahi insanın fədəkar əməyi sayəsində Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, bütün ömrünü Azərbaycanın inkişafına sərf edən, müstəqil dövlətimizin çiçəklənməsi üçün yorulmaq bilmədən çalışan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşından heç zaman silinməyəcək.
       
    Tədbirdə Masallı Rayon Statistika İdarəsinin əməkdaşları rayonun sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər haqqında ətraflı məlumat verdilər.

       
    Diskursiya şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

       
    Tədbirin sonunda statistik hesabatları vaxtında və keyfiyyətli təqdim edən respondentlər mükafatlandırılıb.













    "Yeni heyet" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ