Главная > Siyasət > 74 saylı Masallı və 73 saylı Masallı-Cəlilabad seçki dairələrində treninqlər başa çatıb
74 saylı Masallı və 73 saylı Masallı-Cəlilabad seçki dairələrində treninqlər başa çatıb24-01-2024, 09:25. Разместил: admin44 |
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən maarifləndirici treninqlərə (17-22 yanvar) yekun vurulub. 73 saylı Masallı-Cəlilabad və 74 saylı Masallı seçki dairələrində məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün keçirilən təlimlər prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydlarlərın köməyilə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı və yekun protokolun doldurulması haqqında ətraflı məlumat verilib. Treninqlər zamanı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, səsvermə proseslərinə dair praktiki tapşırıqlar icra edilib. Hər bir iştirakçıya MGK tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub. 73 saylı Masallı-Cəlilabad seçki dairəsi Dairə Seçki Komissiyasının sədri İlkin Hüseynov və 74 saylı Masallı seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Loğman Şahbazov bildiriblər ki, treninqlər məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilində xüsusilə mühüm rol oynayır. Qeyd edək ki, treninqlər gün ərzində iki dəfə olmaqla, məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə keçirilib. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |