Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi  » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 

    Masallıda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi 

    15 iyul 2025-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilmişdir.
               
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Anar İsgəndərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayonun ağsaqqalları, ziyalıları və media əməkdaşları iştirak etmişlər.
                
    İlk öncə tədbir iştirakçıları Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin abidəsi qarşısına tər gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər.
               
    Təqdimat mərasimi Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
    Tədbirin davamında azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş edildi.

    Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qərbi Azərbaycana dair həqiqətlərin sistemli şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma olan “Qərbi Azərbaycan İrsi” kitabının I cildi Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyasının bir hissəsi, mahiyyət etibarı ilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsi olması, bu nəşrin təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət etməsi, Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlət olması, bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş verməsi barədə çıxış etdi. 
               
    Daha sonra Millət vəkili Anar İsgəndərov Qərbi Azərbaycan tarixi ilə bağlı faktları diqqətə çatdıran geniş məruzə ilə çıxış etdi. 
    Təqdimat mərasimində çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev,  “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Dəfinə məktəb liseyinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov bildirdi ki, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılb.

     Qazandığımız zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə Cənubi Qafqazda yaratdığı reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır.  

    Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. “Qərbi Azərbaycan İrsi” kitabının I cildi həm milli-mədəni irsin qorunmasına, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycan həqiqətlərinin tanıdılmasına əhəmiyyətli töhfə verir. 

     “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sözləri ilə:  “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır.İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır.Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq!” yekunlaşmışdır.












    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:59 Şanlı Qələbə, Zəfər Günü...
    2. 11:52 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir
    3. 09:19 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub
    4. 16:25 MASALLIDA KƏND TƏSƏRRÜFATININ ÜMUMİ MƏHSULU ARTMIŞDIR – STATİSTİKA
    5. 16:23 MASALLIDA TİKİNTİ İŞLƏRİNİN DƏYƏRİ ARTMIŞDIR – STATİSTİKA
    6. 14:56 Masallıda 2025-cü ilin noyabr ayına olan səyyar-görüş qəbulları barədə
    7. 14:53 Tanış olun, həmyerlimizdir. Söz adamı
    8. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    9. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    10. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    11. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    12. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    13. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    14. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    15. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    16. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    17. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 09:32 Nadir Ağayevin xatirə turnirində
    19. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    20. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    21. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    22. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    23. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    24. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    25. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    26. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    27. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    28. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    30. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    32. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    34. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    35. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:19 Statistikanın əhəmiyyəti
    38. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    39. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    40. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ