Главная > Siyasət > Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025

Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025


Dünən, 18:50. Разместил: admin44
Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
Bütün qeyd olunanlara nümunə olaraq 19 sentyabr 2025-ci il tarixdə rayonun Masallı şəhər, Təzə Alvadı, Sığıncaq, Xırmandalı və Ərəb kəndlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nuran Muradov, ərazi nümayəndələri, bələdiyyələr, din xadimləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarı ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər qərənfillər düzülərək şəhidlərin ruhunu ehtiramla yad etmişlər.

Şəhid məzarları önündə Masallı Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, din xadimləri, şəhid ailələri və sakinlərin iştirakı ilə dualar oxunmuşdur.








шаблоны для dle 11.2
Вернуться назад