Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib

    Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib


    Masallı rayonunda yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir.

    11 avqust 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdiri Qəşəm Hadıyev, 47 saylı Yol İstismarı MMC-nin direktoru Mahmud Bağırov, Ərkivan qəsəbə ərazi nümayəndəliyinin əməkdaşları, şəhid ailələri və kənd sakinləri Allahyarlı kəndində olublar.

    Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2025-ci il tarixli “Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, rayonun Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndini əhatə edən avtomobil yolunda asfalt örtüyünün döşənməsinə başlanılıb.

    Layihə çərçivəsində ümumi uzunluğu 6,4 kilometr olan avtomobil yolunun müasir standartlara uyğun əsaslı təmiri və asfaltlaşdırılması nəzərdə tutulub.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yeni asfalt örtüyünün döşəndiyi avtomobil yoluna baxış keçirib, görülən işlərin gedişi və keyfiyyəti ilə maraqlanıb. Aidiyyəti qurumların nümayəndələri tərəfindən rayon rəhbərinə layihənin icrası ilə bağlı ətraflı məlumat verilib.

    Rayon rəhbəri səfər zamanı yol məsələsi ilə bağlı daha əvvəl dəfələrlə müraciət etmiş əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan sakinlərlə də görüşüb. Görüş zamanı Araz Əhmədov sakinlərin müraciətlərinin nəzərə alındığını və uzun müddətdir qaldırdıqları yol probleminin artıq həll olunduğunu bildirib.

    Qeyd olunub ki, əlilliyi olan şəxslərin və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların müraciətlərinə daim həssaslıqla yanaşılır, onların problemlərinin həlli istiqamətində zəruri tədbirlər görülür. Bu kateqoriyadan olan insanların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi də həyata keçirilən yol layihələrində əsas məsələlərdən biri kimi diqqətdə saxlanılır.

    Görüş zamanı sakinlər göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, yolun əsaslı təmirinə başlanılmasına və uzun müddətdir qaldırdıqları məsələnin həllinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

    Qeyd olunub ki, yolun əsaslı təmiri kənd sakinlərinin rayon mərkəzi və digər yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin daha rahat və təhlükəsiz təşkilinə, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin ərazinin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

    Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Masallı rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yaşayış məntəqələri arasında rahat və təhlükəsiz nəqliyyat əlaqələrinin təmin edilməsinə, eləcə də kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətinin inkişafına əlverişli şərait yaradır.

    Tədbirdə çıxış edən Allahyarlı kənd sakinləri kəndin yol infrastrukturunun yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər yolun əsaslı təmirinin kəndin inkişafı, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və gündəlik həyatlarının daha da rahatlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.



    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 09:00 Regional və qlobal iqtisadi əməkdaşlığın fəal iştirakçısı
    2. 08:57 26 sentyabr 2026-cı il tarixində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası:
    3. 08:54 Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı barədə
    4. 20:36 Masallıda 27 Sentyabr – Anım Günü ilə bağlı ehsan süfrəsi təşkil olunub
    5. 14:09 Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
    6. 14:07 Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ
    7. 13:53 Masallıda 2026-cı ilin oktyabr ayına olan səyyar-görüş qəbulları
    8. 11:06 Masallıda 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə ağacəkmə aksiyaları keçirilib
    9. 12:28 Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir
    10. 10:58 27 Sentyabr – Anım Günü: Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq”
    11. 10:56 Bu gün Azərbaycanda Anım Günüdür
    12. 10:55 27 Sentyabr – Anım Günü
    13. 16:12 Masallıda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda zona müşavirəsi
    14. 16:09 Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
    15. 13:42 Masallının axşam görüntüləri gündüzləri kimi gözəldir, əsrarəngizdir... Fotoetüdlər
    16. 13:39 Masallı Rayon İcra Hakimiyyətində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib
    17. 13:37 Masallıda narkomanlığın qarşısının alınması və sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici tədbir
    18. 13:33 Masallı Rayon İcra Hakimiyyəti başçsının 24.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 12:18 DİQQƏT, QAYĞI,TƏLƏBKARLIQ..
    20. 17:21 Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib
    21. 17:19 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 23.09.2026
    22. 17:17 Qızılağac kəndində Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 17:14 Rayon rəhbəri 23 sentyabr 2026-cı il tarixdə Qızılağac kəndində səyyar qəbul keçirib
    24. 13:38 Qələbə hərbi-siyasi yolla həll edildi
    25. 09:55 Rayon rəhbəri Kolatan-Qodman sərhədində asfaltlanan yola baxış keçirib
    26. 09:53 Rayon rəhbəri Sığdaş kəndində şəhid valideynlərinin yaşadığı küçəyə çəkilmiş asfalt örtüyünə baxış keçirib
    27. 09:51 Rayon rəhbəri Sığdaş kəndində inşa olunan Ağsaqqallar evində aparılan işlərlə tanış olub
    28. 09:47 Rayon rəhbəri Qodman kəndində şəhid adına tikilən evə baxış keçirib
    29. 09:44 Rayon rəhbəri Qodman kəndində şəhid anasını yenidən ziyarət edib
    30. 13:34 Xalqımızın milli qürur və sarsılmaz birlik günü
    31. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    32. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    33. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    34. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    35. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    36. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    37. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    38. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    39. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    40. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ