Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib

    Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib


    Masallı rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib.

    Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Konfransın əsas məqsədi məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, valideynlərin təhsil prosesində iştirakının artırılması və şagirdlərin təlim-tərbiyəsində birgə məsuliyyətin təşviq edilməsi olub. Tədbirdə müəssisə rəhbərləri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.
    Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, davamiyyət və nizam-intizamın təmin olunması, sağlam məktəb mühitinin formalaşdırılması, eləcə də valideynlərin övladlarının təhsilinə daha fəal dəstək göstərməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Vurğulanıb ki, övladlarımızın uğurlu gələcəyi yalnız məktəbin deyil, məktəb və ailənin birgə səylərinin nəticəsidir.

    Konfransda Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Abbas Abbaszadə, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə təhsil sektorunun müdiri Elman Rzayev çıxış ediblər.Çıxışlar zamanı erkən nikahın qarşısının alınması, narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təşviqi və təhsilin cəmiyyətin inkişafındakı rolu kimi mühüm məsələlərə toxunulub. Bu istiqamətlərdə ailə, məktəb və aidiyyəti qurumlar arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
    Daha sonra rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbov və valideynlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, məktəb-valideyn əməkdaşlığının əhəmiyyətini qeyd ediblər.

    “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda keçirilən konfransda şagirdlərin akademik göstəricilərinin yüksəldilməsi, təlim motivasiyasının artırılması, evdə əlverişli öyrənmə mühitinin yaradılması və təhsil prosesində valideyn dəstəyinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
    Bildirilib ki, şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılmasında valideynlərin övladlarının təhsilinə müntəzəm maraq göstərməsi, onların gündəlik dərs fəaliyyətini izləməsi, motivasiya və mənəvi dəstək verməsi mühüm rol oynayır. Bu istiqamətdə ailə və təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    Tədbir zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb və şagird nailiyyətlərinin yüksəldilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.






    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:41 Masallıda “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda valideyn konfransı keçirilib
    2. 14:39 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 04.11.2026
    3. 14:37 Rayon rəhbəri 04 noyabr 2026-cı il tarixdə Babaser kəndində səyyar qəbul keçirib
    4. 17:01 Masallıda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir
    5. 16:56 Rayon rəhbəri şəhərin Məmməd Rahim küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub
    6. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    7. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    8. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    10. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    11. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    12. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    13. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    15. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    16. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    17. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    18. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    19. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    20. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    21. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    22. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    23. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    24. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    25. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    26. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    27. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    28. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    29. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    30. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    31. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    32. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    33. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    34. 10:08 UNUDULMUR...
    35. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    36. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    38. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    39. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    40. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    «    Noyabr 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ