Masallı poçt filialının kollektivi nümunə göstərir
- 19-09-2020, 21:31
- Texnologiya
- 0
- 855
Masallı poçt filialının kollektivi nümunə göstərir
Cari ilin birinci yarısı üçün “Azərpoçt” MMC tərəfindən Masallı poçt filialına 112698 manat gəlir planı proqnozlaşdırılmışdır. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, tapşırıq 115371 manat, yəni 102,4 faiz icra olunmuşdur. Proqnozdan 2693 manat artıq gəlir əldə edilmişdir. Bu, keçən ilin müvafiq dövrü və cari ilin birinci rübü ilə müqayisədə xeyli çoxdur. Bu barədə məlumat verən Masallı poçt filialının müdiri, «Tərəqqi» medallı Səfalı Paşayev bildirmişdir ki, “Azərpoçt” MMC tərəfindən aparılan struktur islahatları çərçivəsində əsaslı işlər görülmüş, struktur islahatlarının tam başa çatdırılması nəzərdə tutulmuşdur.“Yeni həyat”,
www.yeniheyet.az