• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimatı keçirilib

    “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimatı keçirilib

    “Rəqəmsal icra hakimiyyəti” portalının təqdimatı keçirilib 

    Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılan “Rəqəmsal icra hakimiyyəti” - rih.gov.az portalının təqdimat mərasimi keçirilib.
    Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Rəqəmsal icra hakimiyyəti” portalı yerli icra hakimiyyətlərində “ASAN” standartlarının tətbiq edilməsi çərçivəsində həyata keçirilir. Layihə “Rəqəmsal icra hakimiyyəti” portalı vasitəsilə yerli icra hakimiyyətləri tərəfindən göstərilən bir sıra xidmətlərin onlayn rejimdə təqdim edilməsi ilə yanaşı, yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlərin fiziki formatda “ASAN” standartlarına uyğun olaraq vətəndaşlara təqdim edilməsini əhatə edir.
    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktoru Karin Hoerhan, beynəlxalq təşkilatların nümayəndələri, rayon, şəhər icra hakimiyyətlərinin başçıları və digər qonaqlar iştirak ediblər.
    Qonaqlar bölgələrdə rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi istiqamətində görülən işlərin vacibliyini vurğulayıblar.
    Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Rəqəmsal icra hakimiyyəti” portalının fəaliyyət istiqamətləri, o cümlədən vətəndaş qəbulu, elektron xidmətlər, E-iştirakçılıq, məlumatlandırma bölmələri haqqında ətraflı məlumat verib. Həmçinin vətəndaş və icra hakimiyyəti işçilərinin şəxsi kabinetlərinin, habelə portalın hesabatlılıq modulunun iş prinsipi haqqında təqdimat edilib.
    Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və müvafiq yerli icra hakimiyyətləri ilə birgə həyata keçirilir.
    Layihə ilkin mərhələdə sosial-iqtisadi aktiv 3 bölgə - Gəncə şəhəri, Masallı və Quba rayonlarında icra olunur. Müvafiq icra hakimiyyətləri Azərbaycanın hər bir zonasını (şimal, cənub və qərb) təmsil etməsinə, əhali çoxluğuna və “ASAN xidmət” mərkəzlərinin yerləşməsinə görə seçilib.
    Layihə çərçivəsində hər üç bölgədə “ASAN xidmət” mərkəzlərinin və icra hakimiyyətlərinin əməkdaşları, habelə “ASAN Könüllüləri” üçün təlim və seminarlar keçirilib.
    İlkin mərhələdə pilot layihə olaraq tətbiq edilən layihə növbəti mərhələdə digər icra hakimiyyətlərində də tətbiq ediləcək. Bu istiqamətdə təlimlərin, habelə təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulub. Bununla yanaşı regional elektron hökumət quruculuğu ilə bağlı digər layihələrin həyata keçirilməsi də planlaşdırılıb.
    Layihə qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.

     

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ