• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » EHİM “Rəqəmsal icra hakimiyyəti” portalının onlayn təqdimatı

    EHİM “Rəqəmsal icra hakimiyyəti” portalının onlayn təqdimatı

    EHİM “Rəqəmsal icra hakimiyyəti” portalı üzrə yerli icra hakimiyyətləri ilə təlimlərə başlayıb
     
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılmış “Rəqəmsal icra hakimiyyəti” portalının onlayn rejimdə təqdimatı keçirilib.
    Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, portal barədə geniş təlim Gəncə şəhəri, Quba və Masallı rayonlarının yerli icra hakimiyyətləri üçün ayrı-ayrılıqda təşkil olunub. Onlayn görüşdə qeyd edilən rayonların icra hakimiyyətlərinin aidiyyəti əməkdaşları iştirak ediblər.
    Öncə iştirakçılara layihə haqqında ətraflı məlumat verilib.
    Bildirilib ki, yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması Dövlət Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” layihəsi çərçivəsində həyata keçirilir.
    Sonra portalın funksionallığı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, portal vətəndaş qəbulu, elektron xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla dörd istiqamətdə vətəndaşlara xidmət göstərəcək.
    Belə ki, “Vətəndaş qəbulu” bölməsi vasitəsilə bölgədə yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə onlayn və ya fiziki görüş təyin edə bilərlər; “Elektron xidmətlər” bölməsində elektronlaşdırılması mümkün olan xidmətlər təqdim olunub; “Elektron iştirakçılıq” bölməsində yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər haqqında vətəndaşların fikir və münasibətlərini öyrənə biləcəklər. Bununla yanaşı, burada vətəndaşlar və yerli icra hakimiyyəti orqanları onlayn sorğu yaratmaq və vətəndaş səsvermələrini izləmək imkanı əldə edəcəklər. Bu bölmə regionlarda data əsaslı qərarvermə və vətəndaş inklüzivliyinə dəstək göstərmək məqsədilə yaradılıb; “Məlumatlandırma” bölməsi vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkün olacaq.
    Təqdimatda portalın bütün modulları təqdim edilib, vətəndaşlar tərəfindən xidmətlərə müraciət prosesi, eyni zamanda yerli icra hakimiyyətləri üçün yaradılmış idarəetmə panelində iş axını, hesabatlılıq modulu və s. əyani olaraq göstərilib.
    Görüş zamanı yerli icra hakimiyyəti nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların rəy və təklifləri ətrafında geniş müzakirələr aparılıb.
    “Rəqəmsal icra hakimiyyəti” portalının tezliklə vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.
    Xatırladaq ki, Dövlət Agentliyi ilə GİZ arasında həyata keçirilən layihənin digər istiqaməti “Yerli icra hakimiyyətlərində ASAN standartlarının tətbiq edilməsi”dir.
    Layihə qərar qəbuletmə prosesində operativliyin artırılmasına, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsinə, vətəndaşların vaxtına qənaət edilməsinə, müraciət prosesinin asanlaşdırılmasına, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    2. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    3. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    4. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    6. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    7. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    8. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    9. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    10. 15:31 Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    11. 15:30 Masallıda rayon rəhbərinin 22 may 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 06:39 Şəhid qardaşların ev-muzeyi ziyarət edildi
    13. 23:30 Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul
    14. 23:30 Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış
    15. 23:30 Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir
    16. 23:00 Masallının Türkoba ərazisində şəhid məzarları ziyarət olundu
    17. 14:59 Masallının yollarında təmir işləri davam etdirilir 01-20 may 2025
    18. 14:08 Masallıda 01-20 may 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 14:05 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-20 may 2025-ci il
    20. 14:02 Masallıda abadlıq və xeyriyyə işləri 01-20 may 2025
    21. 17:08 Yeni Zuvand kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:11 Masallıda barama mövsümünə start verildi
    23. 23:40 Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir
    24. 19:27 Masallıda “Beynəlxalq Ailə Günü” bukletləri paylanıldı
    25. 19:22 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ev-muzeyini ziyarət etdi
    26. 19:18 Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb - Statistika
    27. 22:38 Şəhid Anar Novruzovun xatirəsi anıldı
    28. 21:11 Masallıda “Arşın mal alan” tamaşası
    29. 20:57 Masallıda rayon rəhbərinin 15 may 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:35 Masallının Güllütəpə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:21 Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 20:35 Xıl kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    33. 18:30 Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi
    34. 18:27 Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir
    35. 15:10 Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən çoxdur  
    36. 12:08 Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası
    37. 08:17 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər   
    38. 23:30 Yeni əməkdaşlıq imkanlarının mövcudluğu
    39. 22:30 Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi
    40. 17:52 Sağlam məktəbli...           
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ