• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda

    Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda

    • 14-11-2019, 18:48
    • Təhsil
    • 0
    • 1 448
    Ölkəmizi tanıyaq!”
     
    Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
     
    “Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı və Kürdəmir rayonlarından olan IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 14-də axşam saatlarında Masalıya gəliblər.
    Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
    Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya iştirakçılarını rayon rəhbəri Rafil Hüseynovun adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.
    Aybəniz Qafarova Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində Masallıda görülən işlər barədə məktəblilərə məlumat verib.
    Tur-aksiyanın iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
    Sonra məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Diqqətə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
    Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva məlumat verib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
    Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.
    Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər. Onlar, həmçinin Masallıdakı Bayraq Meydanı, Azərbaycanın Dövlət Rəmzləri Muzeyi və Masallı Sənaye Məhəlləsinə də səfər ediblər.
    Səfər zamanı məktəblilər musiqili-əyləncəli proqramlarda, “Nə? Harada? Nə zaman?” bilik yarışmasında iştirak edib, çay süfrəsinə dəvət olunublar.
    Masallı ilə tanışlıq qonaqların yaddaşında zəngin iz buraxıb.
    Qrup rəhbərlərindən – qəbələli müəllim Zahir Kərimov, İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin direktoru Şəbnəm Osmanlı müsahibələrində bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
    Məktəblilərdən – Şamaxı Təbiət Təmayüllü Liseyin IX sinif şagirdi Yusif Hacıyev, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Oktay Salahov, Kürdəmir şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəhimə Rəhimova və başqaları xoş təəssüratlarını bölüşüblər. Qəbələ rayonunun Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Dəmir Əliyeva deyib ki, Masallı ilə yaxından tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Azərbaycanın regionlarını gəzmək ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, bizə ümummilli liderimizin rəhbərliyilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Möhtərəm Prezidentimizin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır. Bizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.



     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:04 Ziyalı işığında                                                                              
    2. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    3. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    4. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    5. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    6. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    7. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    8. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    9. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    11. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    12. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    13. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    14. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    15. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    16. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    17. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    18. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    19. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    20. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    21. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    22. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    23. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    24. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    25. 19:56 Qalıb Azərbaycan Ordusu
    26. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    27. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    28. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    29. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    30. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    31. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    32. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    33. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    34. 10:00 Peşəkar ordumuz
    35. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    36. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    37. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    38. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    39. 19:02 Ələşrəf Niftiyev 80
    40. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ