• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Təhsil millətin gələcəyidir

    Təhsil millətin gələcəyidir


    Təhsil millətin gələcəyidir 

    Təhsil sahəsinin inkişaf etdirilməsi, dünya standartlarına cavab verən təhsil sisteminin tətbiqi, ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Buna görə də bu sahə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuş, təhsilə diqqət və qayğı ildən-ilə artırılmışdır. Bu qayğının nəticəsi olaraq hər il məktəb infrastrukturu yenilənir, yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.
    Masallıda şagird kontingenti genişdir. Təhsil sistemində mühüm önəm daşıyan məsələlərdən biri istedadlı şagirdlərin aşkar edilməsi, onların inkişafına diqqət və qayğının artırılmasıdır.
    Bu məqsədlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ilkin olaraq Masallı şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində pedaqoji kollektiv və şagirdlərlə, onların davamiyyəti ilə yaxından tanış olmuşdur.Tanışlıq zamanı rayon rəhbəri yeri gəldikcə şagirdlərə suallar verir, cavab alır, əla qiymətlərlə oxuyanları xüsusi qeyd edir. Beləliklə, cənab başçı şəhər məktəbləri ilə tanışlıq zamanı 31 sinifdə olmuş və 800-ə yaxın şagirdlə söhbət aparmışdır. Əlbəttə, rəhbər - müəllim-şagird dialoqu xoş təsir bağışlamışdır. Şagirdlər rayon rəhbəri Şahin Məmmədovun Vətən, ulu öndər, ölkə rəhbəri, təhsil haqqında olan söhbətlərinə diqqətlə qulaq asmışlar. Təhsilə böyük maraq verən rayon rəhbərində 7, 8, 9 , 10 və 11-ci sinif şagirdlərindən gələcəkdə 249 nəfərinin 700 bal toplamasına və 357 nəfərinin ali təhsil ocaqlarına qəbul olunmalarına əminlik yaranıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı belə yanaşmada şagirdlərin, onların müəllimlərinin arzu və təkliflərini dinləyib, təhsillə bağlı hər üç şəhər məktəbinin kollektivi qarşısında məsul vəzifələr qoymuşdur. Qeyd edib ki, Masallıda təhsilin səviyyəsi yüksəlməlidir. Biz hər birimiz uşaqların gələcəyti ilə maraqlanmalıyıq. Valideyn-məktəb yanaşması güclənməlidir. Uşaqlara heç kim biganə qalmamalıdır. Onun xeyrini dövlətimiz, Vətənimiz görəcək.
    Rayon rəhbəri görüşdə həmçinin qeyd etmişdir ki, ulu öndər təhsili millətin gələcəyi kimi dəyərləndirib. Çox müdrik fikirdir. Bir millətin təhsili yaxşı olsa, onun inkişafı da yaxşı olar. Mən işlədiyim rayonda təhsilə həmişə önəm vermişəm. Ölkənin layiqli vətəndaşı məktəbdə yetişir. Bir ölkənin layiqli vətəndaşı varsa, onun hər şeyi var.
    Rayonun pedaqoji kollektivlərilə tanışlıq davam edir və bu görüş Masallı rayonunun bütün məktəblərini əhatə edəcəkdir.

    “Yeni həyat”,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    2. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    3. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    4. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    5. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    6. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    7. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    8. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    9. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    10. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    11. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    12. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    13. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    14. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    15. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    19. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    20. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    22. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    23. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    24. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    25. 11:15 DİQQƏT! DİQQƏT!
    26. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    27. 13:51 Masallı rayonunun 95-ci ili
    28. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    29. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    31. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    32. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    33. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    34. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    35. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    36. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    37. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    38. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    39. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    40. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ