• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

    Masallıda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

    Sentyabrın 26-da Masallı şəhər Heydər Əliyev Mərkəzində yüksək balla ali təhsil məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilib.
    Pandemiya dövrünün tələblərinə uyğun ara məsafəsi gözlənilməklə təşkil olunan görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək müstəqil həyatda uğurlar arzulamış, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə, əsl vətəndaş kimi xidmət göstərməyi tövsiyə etmişdir. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan icra başçısı vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmişdir.
    Ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
    Rayon rəhbəri bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir.
    Qeyd edək ki, 2019-2020-ci tədris ilində məktəbi bitirənlərin sayı 1352 nəfər olmuşdur. Onlardan 573 nəfər ali məktəblərə qəbul imtahanında iştirak etmişdir ki, bunlardan 331-i oğlan, 242-i qızdır. 27 şagird ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı, 75 şagird 500-600 bal arası nəticə göstərmişdir.
    Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi, valideyn və müəllimləri təbrik edib, onlara yeni başladıqları tələbə həyatında uğurlar, nailiyyətlər arzuladılar. Qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar, Masallının başını həmişə uca etsinlər.
    Yüksək bal toplayıb tələbə adını qazanan Azər Ramazanlı, Məhəmməd Abbaszadə, Günay Musayeva, Sevinc Ağayeva, Aydan Ağazadə, Fatimə Bağışova, Fidan Zeynallı, Hüseyn Səmədov, Ləman Məmmədova, Aygün Əliyeva, Yusif Həmzəyev, Nəzrin Hüseynova və başqaları çıxış edərək müasir təhsilin nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdilər.
    Görüşdə təhsildə fərqlənmiş, qəbul imtahanlarında 600 baldan yüxarı nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlar mükafatlandırılıb.
    Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gəncə qədəm qoyduqları çətin və məsuliyyətli yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2019-ci ildə 2018-cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğısının gündən-günə daha da artırılmasından irəli gəlir. Belə ki, 2019-cu tədris ilində 600-700 bal arası toplayan 25 nəfər idisə, 2020-ci ildə bu rəqəm 27 nəfər olmuşdur. Onlardan 15-i oğlan, 12-si qızdır.
    Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayaraq fərqlənənləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, daha da çoxalmasını qeyd etmişdir.
    Tələbələrlə səmimi söhbət edən rayon rəhbəri, Milli Məclisin deputatları bir daha təbriklərini çatdırdı, təhsillərinin növbəti mərhələsində onlara müvəffəqiyyətlər arzuladı, ümidvar olduğunu bildirdilər ki, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
    Tədbirin yekununda 500 və ondan yuxarı bal toplayan tələbələrə Masallı Rayon İcra Hakimiyyəti başçısının, Milli Məclis deputatlarının, ATİAHİ Masallı rayon komitəsinin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin Fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.
    Daha sonra tələbələr Masallı şəhər Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkdirdilər.
    Qeyd edək ki, Masallı şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olmuş 102 tələbə ilə görüş pandemiya dövrünün tələblərinə uyğun olaraq ara məsafəsi gözlənilməklə 3 mərhələdə keçirilib.




     
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ