AMEA-da yeni iş mövsümündə qarşıda duran vəzifələr müzakirə edilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AMEA-da yeni iş mövsümündə qarşıda duran vəzifələr müzakirə edilib

    AMEA-da yeni iş mövsümündə qarşıda duran vəzifələr müzakirə edilib


    AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə akademiyada yeni iş mövsümünün başlaması münasibətilə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

    Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin alimləri tərəfindən görkəmli dövlət xadiminin zəngin irsinə həsr olunmuş genişmiqyaslı tədqiqatlar aparıldığını və hər biri fundamental monoqrafik əsər olmaqla, 29 kitabın işıq üzü gördüyünü söyləyib. Qeyd edib ki, cari ilin sonuna kimi ümumilikdə bu istiqamətdə 40-a yaxın nəşrin çapı nəzərdə tutulur və ərsəyə gətirilmiş əsərlər dekabr ayında AMEA-da “Heydər Əliyev İli”nə həsr olunmuş Rəyasət Heyətinin genişləndirilmiş iclasında geniş ictimaiyyətə təqdim olunacaq.

    Akademik İsa Həbibbəyli, həmçinin bu günlərdə Türkiyəyə səfəri zamanı qardaş ölkədəki elmi qurumlarda keçirdiyi görüşlər barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Diqqətə çatdırıb ki, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumunun hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq Oğuz Türkcəsi Konfransı bu ilin sentyabr ayında qurumun tarixində ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda AMEA ilə birgə keçiriləcək. AMEA prezidenti, beynəlxalq konfransın Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr ediləcəyini vurğulayıb.

    AMEA prezidenti, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanı ilə əlaqədar olaraq akademiyada həyata keçirilməkdə olan tədbirləri diqqətə çatdırıb.

    Müşavirədə, o cümlədən AMEA-nın qarşıda keçiriləcək Ümumi yığıncağına, oktyabr ayında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, uğurlar və çağırışlar” mövzusunda elmi konfransa, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyinə və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib.

    AMEA prezidenti, həmçinin cari ilin sentyabr ayında Rəyasət Heyətinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının yaradıldığını diqqətə çatdırıb və ekspedisiyanın işğaldan azad olmuş ərazilərdə uğurla fəaliyyət göstərdiyini söyləyib.

    Müşavirədə Rəyasət Heyətinin üzvləri, akademiklər – Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    3. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    4. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    5. 14:35 Yeni şeirlər
    6. 10:59 Perspektivli idmançıların aşkarlanması
    7. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    8. 15:56 100 illik ömrün işığı
    9. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    10. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    11. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    12. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    13. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    14. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    15. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    16. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    17. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    18. 14:19 QANLI YANVAR
    19. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    20. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    21. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    22. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    23. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    24. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    25. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    26. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    27. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    28. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    29. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    30. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    31. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    33. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    34. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 15:36 Masallının yollarında təmir işləri davam etdirilir 15-30 dekabr 2025
    36. 15:35 Masallıda abadlıq və xeyriyyə işləri 15-30 dekabr 2025
    37. 14:25 Şəhid Rəşid Lətifovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 17:29 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025
    39. 11:02 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı
    40. 10:59 Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ