• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanda səhiyyənin təkmilləşdirilməsi strateji istiqamət kimi

    Azərbaycanda səhiyyənin təkmilləşdirilməsi strateji istiqamət kimi

    Azərbaycanda səhiyyənin təkmilləşdirilməsi strateji istiqamət kimi 

    Sağlamlıq cəmiyyətin sərvəti, dövlətin gələcəyinin təminatıdır. Xoş səhhətlə xalqımızın, millətimizin xeyrinə fəaliyyət göstərə bilərik. Məhz bu səbəbdəndir ki, dünya dövlətlərinin siyasətində əsas güc strukturu və strateji istiqamət kimi təhsilin inkişafı və səhiyyənin təkmilləşdirilməsi xüsusi yer tutur.
    COVID-19 ilə mübarizədə, başqa ölkələrlə müqayisədə Azərbaycanda sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Yoluxma və ölüm sayındakı göstəricilərin aşağı olması, karantin və gigiyena qaydalarına ciddi yanaşma və s. qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir. Buna rəğmən bir çox inkişaf etmiş ölkələr belə epidemik yoluxmanın qarşısını ala bilmir.
    Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə məhdudiyyətlərə - istər idarə və təşkilatlarda, təhsil müəssisələrində, istərsə də digər kütləvi tədbirlərin keçirilməsində xəstəliyin geniş vüsət almamasından ötrü bütün lazımi qaydalara ciddi əməl olundu.
    Gözəgörünməz düşmənlə mübarizədə Respublika Prezidenti cənab İlham Əliyevin sağlamlığımızın qorunması yönümündə məqsədyönlü strategiyası təqdir edildi, digər ölkələrə nümunə göstərildi. Dövlətimizin başçısının 19 mart 2020-ci il tarixli sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondun yaradıldı. Bu da infeksiyanın yayılmasının qarşısının alınmasına əhəmiyyətli təsir göstərdi.
    Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. Ölkə səhiyyəçiləri dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Həkimlərin, tibb işçilərinin peşəkar hazırlığı məsələlərinə xüsusi diqqət yetirilir. Pandemiya ilə əlaqədar onlara qayğı artıb. İş yerləri müasirləşdirilib, tibb işçilərinin maliyyə vəziyyəti yaxşılaşdırılıb. Mərkəzi şəhərlərlə yanaşı, hər bölgədə müasir tibb müəssisələri şəbəkəsi yaradılıb və səhiyyə ocaqlarının bütünlüklə yenilənmə prosesi davam etdirilir. Son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların ən böyük uğurlarından biri icbari tibbi sığortanın tətbiqinə başlanması oldu…
    Koronavirus xəstəliyinin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Təbii ki, hazırkı müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək.
    Respublikamızda qlobal təhlükənin əhaliyə təsirini minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirilir. Məqsəd ölkə vətəndaşlarının sağlamlığını qorumaqdır.
    Bu müsbət ardıcıllığı davam etdirməklə normal həyata qayıtmaq əzmindəyik.

    Sülhiyyə TAĞIZADƏ,
    AJB-nin üzvü.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    2. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    3. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    4. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    5. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    6. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    7. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    8. 12:28 Vətənə xidmətdə keçən ömür
    9. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    14. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    16. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    18. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    19. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    20. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    21. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    22. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    23. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    24. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    25. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    26. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    27. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    28. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    29. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    30. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    31. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    33. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    34. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    35. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    36. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    37. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    38. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    39. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    40. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ