• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir

    Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir

    Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını  özünün əsas vəzifəsi hesab edir

    Sərhəd tanımayan yeni tip koronavirus (COVİD-19) iki ilə yaxındır ki, dünyanı diz üstə çökdürüb. Artıq Yer kürəsinin əksəriyyəti bu infeksiyaya yoluxub, minlərlə insan isə onun qurbanı olub. Koronavirus (COVID-19) virusuna yoluxma sayına görə inkişaf etmiş ölkələrdən də liderdirlər. Digər ölkələrlə müqayisədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycanda sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Səhiyyə sistemi Azərbaycandan güclü olan inkişaf etmiş ölkələrdən fərqli olaraq, respublikamızda istər yoluxma, istərsə də ölüm sayında göstəricilər qat-qat aşağıdır. Buna səbəb Koronavirus (COVID-19) ilə mübarizədə ölkəmizin çox uğurlu fəaliyyət göstərməsi, qəbul edilmiş qərarların vaxtında və yüksək keyfiyyətlə icra edilməsi, əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətlə yanaşması, dövlət-vətəndaş həmrəyliyinin olmasıdır.
    Qlobal pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları vətəndaşlarıın sağlamlığının qorunmasına səfərbər edildi. Virus ölkə sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə qoşuldu, ona qarşı ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, hökumət infeksiyanın ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər, qaydalar qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı olaraq bu məsələyə vaxtında çevik reaksiya verərək təxirəsalınmaz tədbirlər görməsi ilə ölkəmizdə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlara imza atıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiyası hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edildi. ÜST bu sahədə respublikamızda atılan addımlara, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər ölkələrə nümunə göstərdi. Azərbaycan dünyada koronavirus (COVID-19) pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır. Koronavirus (COVID-19) ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. Yeni Klinikanın açılması, neçə-neçə modul tipli xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda minlərlə çarpayı sayının olması koronavirus (COVID-19) ilə aparılan mübarizədə çox önəmli rol oynadı. Ölkə üzrə əlliyədək xəstəxana koronavirusa (COVİD-19) yoluxanların müalicəsi üçün ayrıldı.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, “Əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik”.
    Ölkəmizdə səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə diqqət daha da artıb. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, həm də onların maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülüb. Təkcə onu demək kifayətdir ki, koronavirus (COVID-19) xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı əvvəlkinin 3-5 misli qədər artırılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışında bu problemdən danışarkən qeyd edib ki, heç bir ölkə bu pandemiyaya hazır deyildi: “Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər”.
    Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir. Bütün addımlar da mövcud vəziyyətə uyğun atılır. Ölkədə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verdi. Azərbaycan da digər ölkələrin nümunəsinə uyğun olaraq tam açılma təmin edə bilərdi. Amma dövlətimiz vətəndaşlarını düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir.
    Koronavirusla (COVID-19) bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr, doğrudan da, çox təsirli və dəyərlidir. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorundu. Xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Təbii ki, hazırkı müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək. Buna nail olmaq üçünsə vətəndaşların məsuliyyəti birinci dərəcəli məsələdir. Dövlət üzərinə nə düşübsə, onu edib. Qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirib. Ölkədə koronavirusla bağlı müsbət tendensiya əldə olunub. Hazırda vətəndaş olaraq üzərimizə düşən öhdəlik gərgin səylər nəticəsində əldə olunmuş bu müsbət tendensiyanı qorumağa, daha da yaxşı nəticələrin qazanılmasına dəstək verməkdir. Bunun üçünsə tətbiq olunan karantin qaydalarına anlayışla yanaşaraq əməl etmək, qapalı məkanlarda maska taxmaq və sosial məsafəni qorumaq kifayətdir. Vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, qısa müddət ərzində normal həyata qayıtmaq mümkündür. Dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.
     Yaşadığımız Masallı rayonunda da koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon rəhbərliyinin tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi, TİDQ və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon rəhbərliyinin xüsusi tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır. Bu mobil qruplar daim əhali arasında təbliğat – maarifləndirmə işləri aparır. Əhalinin sağlamlığı üçün vacib olan vaksinasiya barədə və digər profilaktik tədbirlər barədə əhalini vaxtında məlumatlandırmadla dövlət siyasətini dəstəkləyirlər.
     
    Masallı rayon Eminli kənd sakini Afəddin Kərimovшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:33 Nurlu insan
    2. 17:31 Masallıda aprel şəhidi Firdovsi Bağırzadənin anım günü - 2025
    3. 17:28 Masallının Təzə Alvadı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    4. 15:05 Masallının Təzə Alvadı kəndində rayon rəhbərinin 09 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    5. 18:04 Masallıda ağsaqqallar və əlillər üçün istirahət guşəsinin açılış mərasimi
    6. 17:12 Masallıda rayon rəhbəri şəhidin əkiz övladının doğum günündə
    7. 14:31 Enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması
    8. 12:24 Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir
    9. 23:30 Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün mühüm rol oynayır
    10. 22:19 Masallıda şəhid ailələrinə diqqət və qayğı ənənəsi
    11. 22:11 Masallıda aprel şəhidi Nurlan Əsgərlinin anım günü - 2025
    12. 21:12 Masallıda 18 mart - 06 aprel 2025-ci il tarixlərdə görülmüş işlər barədə məlumat
    13. 21:07 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    14. 07:47 Masallıda rayon rəhbərinin 04 aprel 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 16:33 MƏRHƏMƏT ÜNVANI, ŞƏFQƏT ÜMMANI
    16. 16:20 Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət üzərində qurulub
    17. 23:30 Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər
    18. 14:00 Rayonun Tüklə ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    19. 12:53 Qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı
    20. 09:24 Masallıda 2025-cü ilin aprel ayına olan səyyar-görüş qəbulları barədə
    21. 16:55 Masallının Həsənli ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    22. 16:47 Masallının Təkdam kəndində rayon rəhbərinin 02 aprel 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    23. 14:48 Masallıda 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anım mərasimi 
    24. 10:38 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür
    25. 22:30 XX əsr tarixinin ən faciəli və dəhşətli səhifəsi
    26. 23:00 31 mart Azərbaycanlıların soyqırımı günü
    27. 23:00 Azərbaycanlıların soyqırımı haqqında fərman
    28. 23:30 Bəşər tarixinin misli görünməmiş soyqırımı faktı
    29. 09:54 Xankəndi şəhərində-Novruz bayram
    30. 09:10 ALLAH RƏHMƏT ELƏSİN
    31. 23:00 Novruz bayramı- bizim milli bayramımızdır.
    32. 21:02 Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    33. 17:59 Rayonun Göyəçöl ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
    34. 17:52 Masallının Mahmudavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 17:51 Masallının Rudəkənar kəndində rayon rəhbərinin 13 mart 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    36. 15:02 İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi
    37. 14:33 Çağırışların fürsətə çevirilməsi mövzusunda keçirilən XII Qlobal BakıForumu
    38. 03:29 Masallıda ənənəvi iftar süfrəsi 
    39. 23:30 Suverenliyimiz və ərazi bütövlüyümüz
    40. 23:30 Azərbaycanın zəfər ruhlu Novruz Bayramı
    «    Aprel 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ