• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Qələbə yolu” Şuşamızı dünyaya qovuşduracaq

    “Qələbə yolu” Şuşamızı dünyaya qovuşduracaq

    “Qələbə yolu” Şuşamızı dünyaya qovuşduracaq

    Son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolu, həyata keçirilən irimiqyaslı layihələr, ümumiyyətlə əksər sahələrdə qazanılan uğurlar, 44 günlük haqq savaşımızdakı Böyük Zəfərimiz Qarabağa Böyük Qayıdışımızı tezləşdirdi.
    Azərbaycanın, onun liderinin beynəlxalq aləmdəki qüdrətini, nüfuzunu daha da möhkəmlətdi. Artıq gücümüzə bələd olan dünya dövlətləri özlərini etibarlı tərəfdaş kimi göstərməyə çalışır, investorlar Qarabağda reallaşacaq layihələrdə iştirak etməyə maraq göstərirlər.
    Fevralın 26-da, media təmsilçiləri ilə görüş zamanı KİV nümayəndələrinin suallarını ətraflı cavablandıran cənab İlham Əliyev bölgənin perspektiv inkişafı yönümündə bir sıra ölkələrlə əməkdaşlığın mühüm nüanslarına da toxundu: "...postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq”.
    Artıq quruculuq sahəsində ilk addımlar atılıb. Üç hava limanı inşa edilir, yeni avtomobil yolları çəkilir. Azərbaycan Prezidentinin iştirakı ilə ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında, həm də Azərbaycanla Türkiyə nəqliyyat dəhlizinin açılmasına töhfə verəcək Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu, Laçın rayonunun Güləbirdə kəndində Su Elektrik Stansiyasının açılış oldu. Həmçinin, rayonun üç kəndində bu ilin sonunadək yekunlaşacaq “Ağıllı kənd” layihəsinin icrasına start verilib. Bundan əlavə şəhər və kəndlərin planlaşdırılması prosesinə, müasir infrastrukturun qurulmasına, kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə xidmət edən pilot layihələrin icrasına və s. bərpa-quruculuq işlərinə başlanılıb.
    Məhz bu qəbildəndir ki, mətbuat konfransında dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə görülən və görüləcək quruculuq işləri, burada tez bir zamanda böyük iqtisadi layihələrin gerçəkləşəcəyi barədə fikirlərə də geniş yer verildi. İkinci Qarabağ müharibəsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması istiqamətində həyata keçiriləcək layihələr barədə jurnalistlərin bir neçə sualına Prezidentimiz hərtərəfli aydınlıq gətirdi:”... aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə mən “Qələbə yolu” adı vermişəm. Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Buna görə əminəm ki, xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər ölkələrin vətəndaşları belə bir imkana malik olacaqlar. Deməliyəm ki, bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq...”
    Necə qürurlanmayasan, axı? Ermənistanın kapitulyasiyasından altı gün keçəndən sonra Füzuli-Şuşa avtomobil yolunun inşasına başlanıldı. Əzəli torpaqlarımıza yeni təravət, yeni nəfəs gəldi. Dağıdılmış, viran qoyulmuş Qarabağ yenidən çiçəklənmə dövrünə qədəm qoydu.
    Əminik ki, dövlət başçımızın rəhbərliyi ilə Şuşamız nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək, Qarabağımız ən qısa zamanda, sistemli və planlı şəkildə bərpa ediləcək, Laçın, Zəngilan, Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl, Kəlbəcər və digər ərazilər yenidən dirçələcək, əvvəlkindən də gözəl, qaynar həyatına qovuşacaq.

    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,      
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ