2017-ci ilin ən yaxşı smartfonlarının adları açıqlanıb
- 26-11-2017, 16:53
- Dünya Xəbərləri
- 0
- 1 328

Məşhur TechRadar portalının ekspertləri 2017-ci ilin ən yaxşı 15 smartfonunun adlarını açıqlayıblar.
AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, siyahıda ilk yeri Samsung Galaxy S8 tutur. Reytinq müəyyənləşdirilərkən smartfonun dizaynı, xüsusiyyətləri, qiyməti və keyfiyyəti nəzərə alınıb.
İlk üçlüyə Samsung Galaxy S8 Plus və Google Pixel 2 daxildir. Apple şirkətinin smartfonları iPhone X и iPhone 8 isə müvafiq olaraq 4-cü və 9-cu yerlərdə qərarlaşıb.