• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ərkivanın “Qala-95” komandası mini futbol turnirinin qalibidir

    Ərkivanın “Qala-95” komandası mini futbol turnirinin qalibidir

    • 23-11-2021, 13:25
    • İdman
    • 0
    • 803
     Masallıda “Şəhidlər ölməz, Vətən bölünməz” mini futbol turnirinə yekun vurulub

    Masallı Rayon Gənclər və İdman İdarəsi, Bioloji Təbabət Klinikası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Azad” futbol klubunun təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr edilmiş “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında keçirilən mini futbol turnirinə yekun vuruldu.
    Noyabrın 22-də, Masallı şəhərindəki “Viləş” mini futbol stadionunda turnirin final mərhələsi möhtəşəm təşkil edilmişdi. Bayram əhval-ruhiyyəli idman tədbirində şəhid valideynləri, qazilər, AFFA-nın, Masallı RİHB-nın məsul işçiləri, media nümayəndələri və digər fəxri qonaqlar iştirak edirdi.
    Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himnimiz səsləndi.
     
     Masallı məktəbliləri Yusif Əzizli və İsgəndər Nuriyevin ifasında “Xudayar” təsnifi, “Qarabağ” mahnısı alqışlarlarla qarşılandı.
    Açılış mərasimindən sonra üçüncü yer uğrunda mübarizə aparacaq komandaların – “Bioloji Təbabət Klinikası” (Masallı) və “Göytəpə” (Cəlilabad) futbol klublarının oyunu izlənildi. Maraqlı qarşılaşma masallıların xeyrinə qurtardı – 7:2.
    Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında isə “Qala-95” “Grand” FK üzərində 4:1 hesablı qələbəyə imza atdı. Yadda qalan qolların müəllifləri Siruz, Murad Cəlalov, Rasim Mikayılov, Tayfur İbayev komandalarını turnirin qalibi etməyə müvəffəq oldular. Grand” FK-nın təsəlliverici qolunu isə Röyal vurdu.
     
    Oyunları AFFA-nın hakimləri Xalid Quliyev, Bilal Rüstəmov, Rəşad Aydınov və Babək Quliyev idarə edirdi.
    Sonra mükafatlandırma mərasimi oldu.
    Turnirin çempionu “Qala-95” komandası, ikinci yerə layiq görülən “Grand” FK və üçüncü mükafatçı “Bioloji Təbabət Klinikası” futbolçuları müvafiq diplom, medal və pul mükafatları ilə təltif edildilər.
    Çempion “Qala -95” komandasına kuboku Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin atası Bayram kişi təqdim etdi.
     
    Oyunları nümunəvi idarə etdiklərinə görə hakimlərə Fəxri fərmanlar, ən yaxşı oyunçu və ən yaxşı qapıçıya diplon və hədiyyələr, turnirin keçirilməsinə dəstək göstərənlərə təşəkkürnamələr verildi.
    Məlumat üçün bildirək ki, oktyabrın 11-də start götürən turnirə 12 komanda qatılmışdı.
      
    Təşkilat komitəsi ilə yanaşı turnirin keçirilməsinə “Buta” market, “Masallı elektroniks”, “Qrand” kafe, “Viləş” MFS, “Masallı Otel” və rayonun aidiyyatı təşkilatları dəstək göstəriblər.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ