Masallıda idman ictimaiyyətinin nümayəndələrilə görüş keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda idman ictimaiyyətinin nümayəndələrilə görüş keçirilib

    Masallıda idman ictimaiyyətinin nümayəndələrilə görüş keçirilib

    • 26-07-2023, 20:46
    • İdman
    • 0
    • 492

    Masalllı rayonunda bir qrup idman ictimaiyyətinin nümayəndəsi ilə görüş keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkında “Şəhidlər” abidə-kompleksini ziyarət ediblər.

    Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin (LARGİİ) fəaliyyət planının hazırlanması ilə əlaqədar təşkil olunan görüş Heydər Əliyev Mərkəzində davam edib.

    Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idman sektorunun əməkdaşı Yusif Xamıyev, LARGİİ-nin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Lənkəran-Astara bölgəsi üzrə koordinatoru Akif Ağayev, beynəlxalq və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmiş bir qrup idmançı və məşqçi-müəllimlər iştirak ediblər.

    Görüş zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Ölkə rəhbəri İlham Əliyevin idmana olan tükənməz qayğısı sayəsində respublikada gənclər-idman siyasətinin inkişafı istiqamətində atılan addımlardan, regionlarda idmanın kütləviliyinə nail olmaqdan ötrü qarşıda duran vəzifələrdən bəhs edilib, idman məktəbləri, klub, zal və stadionların fəailiyyəti, idman avadanlıqları ilə təminat, əhali arasında idmanın təşviqi, “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin, eləcə də müxtəlif idman növləri üzrə yarışların, narkomaniya və digər zərərli vərdişlərin profilaktikası üzrə və digər sosialyönümlü layihələrin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub, məşqçilərin fikir və təklifləri dinlənilib.

    Maraqlı diskusiya şəklində keçən görüşdə idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əminlik ifadə olunub.

    Əlavə edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gün ərzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşüb, Masallı Olimpiya-İdman Kompleksi, Masallı Regional Boks və Taekvondo Mərkəzləri, Boradigah İdman Zalı, “Viləş” minifutbol meydançası, “Masallı Gənclər Evi” SXM-dəki şəraitlə tanış olub, Masallı “Asan İntellektual İnkişaf Mərkəzi”ndə Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı gənclər arasında təşkil olunan “Breyn rinq” bilik yarışı üzrə rayon birinciliyinin mükafatlandırma mərasimində iştirak edib.

    Rayonda fəaliyyət göstərən gənclər təşkilatları və fəal gənclərlə görüş zamanı İdarə rəisi Teymur Babazadə, Gənclər sektorunun əməkdaşı Elnurə Qəniyeva, “Regional İnkişaf” İB-nin Cənub Regionunun rəhbəri İlkin Muradov gənclər siyasəti, gənclərin inkişafında təşkilatların rolu, könüllülük fəaliyyəti və s. məsələlərdən danışıb, gənclərin təkliflərini dinləyib, suallarını cavablandırıblar.











    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    2. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    3. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    4. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    5. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    6. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    7. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    8. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    9. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    10. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    11. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    12. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    13. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    14. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    15. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    16. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    17. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    18. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    19. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    20. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    21. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    22. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    23. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    24. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    25. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    26. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    27. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    28. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    29. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    30. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    31. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    32. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    33. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    34. 09:07 Ərazi nümayəndəsinin tribunası
    35. 09:05 Allah rəhmət eləsin
    36. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    37. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    38. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    39. 13:52 Allah rəhmət eləsin
    40. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ