Masallının təsərrüfat xəbərləri
- 11-09-2019, 08:51
- İqtisadiyyat
- 0
- 1 130

Masallının təsərrüfat xəbərləri
Masallı torpağında payız kələmi çoxlu bar verir
Xırmandalı kənd ərazi nümayəndəliyindən verilən məlumata görə bu günlərdə ərazidə, 1 hektar sahədə payızlıq kələm əkilmişdir. Sahələrə köçürülən keyfiyyətli şitillərə aqrotexniki xidmət yüksək olduğundan bitkilər normal inkişaf edir. 90 günlük bu kələm sortu məhsuldarlığı ilə fərqlənəcəkdir.
Ərazidə 0,20 hektarda ərzaq çuğunduru, 0,20 hektarda yerkökü əkilmişdir. Yaxşı hazırlanmış sahədə artıq toxumlar cücərib. Bu bitkilər taxılı biçilmiş sahələrdə yetişdirilir.

Xırmandalıda əkin-biçin işləri birincidir
Xırmandalı kəndində tütünçülüyə də diqqət artır. Bu il tütün sahələri 5 hektara çatdırılmışdır.
Sahələrdə tütün yarpağı yığılır. İndiyə kimi “Şəki – İlham” MMC-yə 4,2 ton quru tütün təhvil verilmişdir.
Xırmandalıda tütünçülüyə maraq daha çoxdur. Adamlar bu gəlirli sahənin inkişafına bundan sonra da diqqət yetirməkdə israrlıdırlar. Bu, kənddə işsizliyin aradan qaldırılmasına, torpağa qayıdışa çox böyük köməkdir.
“Yeni həyat”,
www.yeniheyet.az