• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonunda su təminatı yaxşılaşdırılır

    Masallı rayonunda su təminatı yaxşılaşdırılır

    Masallı rayonunda su təminatı yaxşılaşdırılır 

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 iyul 2020-ci il tarixdə ölkədə yaranmış su qıtlığı ilə bağlı əlaqədar sahələrin rəhbərləri ilə keçirdiyi operativ müzakirədə ölkə regionlarının su təminatında olan problemlər ilə yanaşı, gələcəkdə həyata keçirilməli işlər də diqqət mərkəzində oldu.
    Ölkə rəhbəri mühüm məsələyə həsr olunmuş müşavirədə qeyd edib ki, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur...Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni, bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi?
    Göründüyü kimi, regionların su təsərrüfatındakı problemlər kənd təsərüffatına və bütövlükdə, iqtisadiyyata da mənfi təsir edir. Müşavirədə qeyd olunduğu kimi, dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biri olduğu üçün bu sahədə struktur və institutsional islahatların aparılması məqsədəuyğundur. Beyin mərkəzi olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi 2012-ci ildə hazırladığı struktur islahatları paketində bu sahədə də struktur islahatların aparılmasını təklif etmişdi. Bütövlükdə, struktur islahatları sistemli və təmərküzləşmiş koordinasiyaya imkan yarada bilər.
    Masallılar dövlət başçısının diqqət və qayğısından razılıq edirlər.
    Ölkə Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı, əkin sahələrinin mütəmadi suvarılması üçün su bəndlərinin yaradılması ilə əlaqədar verdiyi Sərəncama uyğun olaraq Masallıda da 37 bəndin yaradılması və əsaslı təmiri davam etdirilir. Bu işə 2018-ci ilin noyabr ayından başlanılıb və bu günə kimi 30 sututarda — Mahmudavarda (3 ədəd), Tüklədə (2 ədəd), Kolatanda (2 ədəd), Qızılavarda (2 ədəd), Nəzəroba, Məmmədoba, Qarğalıq, Çaxırlı, Xırmandalı,Türkoba, Şatıroba, Hişkədərə, Sığdaş, Bədəlan, Böyük Kolatan, Miyənkü, Xanalion, Həsənli və Xırmandalı kəndlərində iş başa çatdırılıb və ya son tamamlama, təmir işləri gedir.
    Qalan 7 kənddəki sututarlarda hələ işlərə başlanılmamışdır.
    Əkin sahələrinin vaxtında və səmərəli suvarılması məhsuldarlığın artmasına şərait yaradan amillərdəndir.
    Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır.
    Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır.
    Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılacağını vurğulayan nəhəng su müəssisəsinin rəhbəri — su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min hektardan çox əkin sahələrinin suvarma suyu ilə təmin ediləcəyini diqqətə çatdırıb.
    Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
    Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi nəinki Masallının, hətta bütün regionun iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan olacaq.
    1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 10 min hektara yaxın əkin sahələri suvarılır.
    Cənub bölgəsində əkin sahələrinin artırılması və qonşu rayonlarda sahələrin suvarılması məqsədi ilə su anbarının ikinci növbəsinin tikilməsi nəzərdə tutulub.
    Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü daha 16 metr qaldırılacaq.
    Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini, ümumiyyətlə, bütün kənd təsərrüfatı məhsullarının suvarılmasını təmin edəcək.

    “Yeni həyat”,      
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    8. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    10. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    11. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    12. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    13. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    14. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    15. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    16. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    17. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    18. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    20. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    21. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    22. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    23. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    25. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    26. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    28. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    30. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    31. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    32. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    33. 11:15 DİQQƏT! DİQQƏT!
    34. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    35. 13:51 Masallı rayonunun 95-ci ili
    36. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    37. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    38. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    39. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    40. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ