• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatı yaxşılaşır

    Masallıda yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatı yaxşılaşır

    Masallıda yaşayış məntəqələrinin və əkin sahələrinin su təminatı yaxşılaşır
     
    Ölkə ərazisində yeni su layihələrinin icrası intensiv şəkildə davam etdirilir. Regionlarda bir sıra irimiqyaslı su layihələri uğurla tamamlanır. Kənd təsərrüfatı məhsulları istehsalının inkişafı naminə bir sıra iri su təsərrüfatı obyektləri tikilir, torpaqların su təminatı yaxşılaşdırılır, yaşayış məntəqələri içməli su ilə təmin edilir. Bu, Azərbaycanda sosial siyasətin mühüm istiqamətlərindəndir.
    Ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq, son illər Prezidentin ehtiyat fondundan ayrılmış vəsait hesabına regionlarda əhalinin içməli suya olan tələbatının ödənilməsi, əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etməkdədir. Yaşayış məntəqələrində yüzlərlə yeni artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilir. Bunun bariz nümunəsi olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən cari ildə ölkənin 41 rayon və şəhəri üzrə 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun layihələndirilməsi və qazılması təmin ediləcək. O cümlədən, Masallı rayonunun 7 yaşayış məntəqəsində – Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə, Böyük Kolatan kəndlərində, Ərkivan qəsəbəsində subartezian quyularının qazılması nəzərdə tutulub.
    Bir neçə ildir ki, Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb. “Azərsu” ASC 3 nömrəli Regional Su-Kanal İdarəsinin Masallı Su-Kanal Sahəsinin rəisi Akif Həmidovun verdiyi məlumata görə bu məqsədlə Viləşçay Su Anbarının aşağı buferində sutəmizləyici qurğu, 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. İçməli suyun keyfiyyətini və dayanıqlığını təmin etmək məqsədilə gün ərzində 24 min kubmetr su təmizləmək gücündə olan bu qurğu sayəsində Viləşçay dəryaçasından götürülən su xüsusi laboratoriyada analiz edilib təmizləndikdən sonra əhaliyə verilir. 500 milliqram litrə qədər bulanıqlığı olan suyu təmizləyən bu qurğu dünya standartlarına tam uyğun olaraq, içməli suyu istənilən variantda təmizləyə bilir.
    Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla ümumilikdə 9145 su sayğacı quraşdırılıb. Şərəfə-Həsənli-Təklə istiqamətində 20 kilometrə yaxın magistral xətt, o cümlədən rayonun Sığıncaq, Məmmədxanlı, Şərəfə, Bala Təklə və Kürdəbaz kəndlərində 20 kilometr məsafədə su xətləri çəkilib və layihəyə uyğun bulaqlar quraşdırılıb. Növbəti mərhələdə Muğan zonasının digər kəndlərində də işlərə başlanılacaq. Bu il 13 kəndə suyun verilməsi nəzərdə tutulur.
    Rayonun müxtəlif ərazilərində 24 subartezian quyusu qazılıb istifadəyə verilib.
    Bundan əlavə Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyilə Sığdaş, Xəlfələr, Abasbəyli kəndlərində su xətləri çəkilib, Türkoba, Əhmədli və Köhnə Alvadı kəndlərində ümumilikdə 17500 metr suvarma kanallarında təmizlik işləri aparılıb.
    Yaxın illərdə 500 hektara çatdırılacaq çəltik və digər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı rayon ərazisində kiçik sututarlar araşdırılıb. 70-dən çox sututarın mövcud olduğu məlum olub. Masallıda 3 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda təmir-bərpa işlərinin aparılmasına dair ölkə rəhbərinin imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına işlərə başlanılıb. Bu sututarlar istifadəyə verildikdən sonra 8 milyon kubmetr əlavə su ehtiyatı yaranacaq. Rayonda mövcud 24964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 2 milyon kubmetr su tutumlu Babaser su anbarı vasitəsilə aparılır.
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevdən aldığımız məlumata görə, hazırda idarənin balansında əlavə olaraq 2 kiçik su tutarı, uzunluğu 498 kilometr olan açıq torpaq suvarma kanalları, 72 müxtəlif növ hidrotexniki qurğu, 40 kilometr uzunluqda magistral yeraltı təzyiqli su kəmərləri, 5360 hektar ərazidə isə uzunluğu 917 kilometr olan müxtəlif diametrli qapalı boru kəmərləri mövcuddur.
    Respublika Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə ölkədə çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Masallı rayonunda da çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi nəzərdə tutulub. Bu məqsədlə hazırlanan yeni layihədə - Viləşçay su anbarının ikinci növbəsinin tikintisilə su hövzəsinin həcmi 120 milyon kubmetrə çatdırılacaq. Bəndin hündürlüyünün daha 16 metr artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20100 hektar əkin sahələri suvarma suyu ilə təmin ediləcək. Layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40 kilometr uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaq. Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
     
    Bu gün Masallıda su ilə təchizat məsələləri uğurla həllini tapır. Buna rəğmən qarşıda yeni layihələrin icrası dayanır.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ