• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI

    Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI

     
    Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI

     
    Azərbaycan Respublikası Prezidentinin
    2018-ci il 13 fevral tarixli
    S
    ərəncamı ilə təsdiq edilmişdir

     
    1. Giriş
    Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə son illərdə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olmuş, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır.
    Kənd təsərrüfatında özünəməxsus yeri olan sitrus meyvə bitkilərinin becərilməsi üçün ölkəmizin cənub bölgəsində əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyə və ixrac potensialına malik olması sitrusçuluğun inkişaf etdirilməsini zəruri edir.
    “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) ölkəmizdə sitrus meyvəçiliyinin inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, sitrus meyvələrinin istehsalının stimullaşdırılmasına yönəldilmişdir.
    2. Azərbaycanda sitrus meyvəçiliyinin mövcud vəziyyəti
    Sitrus bitkiləri qrupuna aid olan naringi, portağal və limon müvafiq xarici mühit və xüsusi texnoloji qulluq tələb etdiyi üçün Azərbaycanda məhdud ərazidə (Lənkəran iqtisadi rayonu) becərilməsinə baxmayaraq, sitrus meyvələrinin istehsalı ölkənin kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edir.
    Azərbaycanda sitrus meyvəçiliyinin inkişafının əsası 1930-cu ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan Subtropik Bitkilər Sovxozunun yaradılması ilə qoyulmuş və onun 500 hektara yaxın ərazisində limon, naringi, portağal, feyxoa, çay, nəcib dəfnə və s. bitkilərin becərilməsinə başlanılmışdır.
    1930-cu ildən etibarən ölkədə sitrus meyvə bağları sahələrinin planlı surətdə artırılmasına başlanılmış, bu sahənin inkişafı 70–80-ci illərdə daha da sürətlənmişdir. Bu dövrdə Lənkəran iqtisadi rayonunda aqrar sənaye kompleksinin inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət nəticəsində bölgədə digər subtropik bitkilərlə yanaşı, sitrus bitkilərinin sahələri də əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
    90-cı illərin əvvəllərində kənd təsərrüfatının digər sahələrində olduğu kimi, sitrus meyvəçiliyi sahəsində də tənəzzül yaşanmış, sitrus meyvə bağlarının bir qismi ləğv edilərək yerində dənli-taxıl, tərəvəz və digər bitkilərin becərilməsinə başlanılmışdır. Bununla belə, mövcud bağların konstruksiyasının dəyişdirilməsi hesabına məhsul istehsalının kəskin azalması baş verməmişdir.
    Rəsmi statistik məlumatlara əsasən, ölkəmizdə meyvə bağlarının sahəsi 2000-ci ilə qədər sürətlə azalmağa başlamış, 2000-2008-ci illər ərzində azalma nisbətən səngimiş, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının sürətlə genişlənməsinə səbəb olmuşdur.
    2017-ci ildə ölkədə sitrus bağlarının ümumi sahəsi 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar təşkil etmiş, məhsul istehsalı isə 2,2 dəfə artaraq 42,8 min tona çatdırılmışdır. 2017-ci ildə ölkəmizə 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilmişdir.
    “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamı sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli mühit yaratmışdır.
    3. Dünyada sitrus meyvəçiliyinin inkişaf meyilləri
    Vətəni Şərqi Asiya olan sitrus meyvələrinin (portağal, limon, naringi, qreypfrut və s.) istehsalına XIX əsrdə ABŞ-da başlanılmış və sürətlə digər ölkələrə də yayılmışdır. Sitrus meyvələri dünyada ən çox yetişdirilən meyvə qrupuna daxil olmaqla, əsasən 40 dərəcə cənub və şimal enlikləri arasında yerləşən tropik və subtropik iqlimə malik ölkələrdə becərilir. Bu bitkilərin meyvələrindən qida məhsulları kimi, qabıqlarından, yarpaqlarından və çiçəklərindən alınan uçucu efir yağlarından isə ətriyyat istehsalında geniş istifadə edilir.
    BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatlarına əsasən, son on il ərzində dünyada sitrus bitkilərinin əkin sahələri orta hesabla 24 faiz artaraq, təxminən 9 milyon hektar təşkil etmişdir. 2014-cü ildə dünya ölkələri üzrə 139,8 milyon tona yaxın sitrus meyvələri istehsal olunmuşdur ki, bunların da təxminən 52 faizini (72,3 milyon ton) portağal, 22 faizini (30,4 milyon ton) naringi, 12 faizini (16,3 milyon ton) limon, 6 faizini (8,4 milyon ton) qreypfrut, 9 faizini (12,5 milyon ton) isə digər sitrus meyvələri təşkil etmişdir.
    Dünyada istehsal olunan sitrus meyvələrinin 24 faizi Çin Xalq Respublikasının, 15 faizi Braziliyanın, 8 faizi ABŞ-ın, 6 faizi Hindistanın, 5 faizi Meksikanın, 4 faizi İspaniyanın, 3,7 faizi Türkiyənin, 3 faizi Misirin payına düşür.
    FAO-nun məlumatlarına əsasən, Avropa ölkələrinə ixracatçılar tərəfindən ildə 13,5 milyard ABŞ dolları dəyərində 15 milyon tona yaxın və ya istehsal olunmuş məhsulun 10-15 faizi həcmində sitrus meyvələri ixrac edilir. Hazırda İspaniya (3,6 milyard ABŞ dolları), ABŞ (1,0 milyard ABŞ dolları), Çin Xalq Respublikası (970 milyon ABŞ dolları) və Cənubi Afrika Respublikası (900 milyon ABŞ dolları) ölkələri dünyanın ən böyük sitrus meyvələri ixracatçıları hesab olunurlar.
    Rusiya Federasiyası, Fransa, Almaniya, Hollandiya və Böyük Britaniya sitrus meyvələrinin ən çox idxal edildiyi ölkələrdir. Azərbaycan məhsullarının da ixrac olunduğu Rusiya Federasiyası tərəfindən 2016-cı ildə 1,2 milyard ABŞ dolları həcmində sitrus meyvələri idxal edilmişdir ki, bu da dünya üzrə idxal edilmiş məhsulların 9 faizini təşkil edir.
    4. Dövlət Proqramının məqsədi və vəzifələri
    4.1. Dövlət Proqramının məqsədi ölkədə sitrus meyvələrinə olan tələbatın daha dolğun ödənilməsi, istehsal edilmiş məhsulların ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin və maddi rifahının yüksəldilməsi üçün sitrus meyvəçiliyinin inkişafını stimullaşdırmaqdan ibarətdir.
    4.2. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
    4.2.1. sitrus meyvəçiliyinin inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi;
    4.2.2. sitrusçuluq sahəsində standartların təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması;
    4.2.3. sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi;
    4.2.4. sitrus meyvəçiliyi sahəsində infrastruktur təminatının yaxşılaşdırılması;
    4.2.5. sitrus meyvəçiliyi sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;
    4.2.6. sitrus meyvəçiliyi sahəsində yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi;
    4.2.7. sitrus meyvə məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;
    4.2.8. sitrus meyvə məhsullarının ixracının dəstəklənməsi və təşviqi;
    4.2.9. sitrus meyvəçiliyi sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi.
    5. Sitrus meyvəçiliyinin inkişafının əsas istiqamətləri
    5.0. Azərbaycanda sitrus meyvəçiliyinin inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri tədbirlərin görülməsi nəzərdə tutulur:
    5.0.1. sitrus meyvə bitkilərinin əkin sahələrinin genişləndirilməsi;
    5.0.2. sitrus meyvə bitkilərinin yetişdirilməsi üçün infrastruktur təminatının yaxşılaşdırılması;
    5.0.3. sitrus meyvə bitkilərinin tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;
    5.0.4. sitrus meyvələri istehsalı sahəsində müasir texnika ilə təminatın gücləndirilməsi;
    5.0.5. sitrus meyvələrinin rəqabət qabiliyyətinin artırılması və ixracının təşviqi, sahə standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması.
    6. Dövlət Proqramının maliyyələşmə mənbələri
    6.0. Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
    6.0.1. dövlət büdcəsi;
    6.0.2. büdcədənkənar fondlar;
    6.0.3. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri;
    6.0.4. yerli və xarici investisiyalar;
    6.0.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
    7. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
    7.1. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcəkdir.
    7.2. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.
    8. Dövlət Proqramının həyata keçirilməsi üzrə
     TƏDBİRLƏR PLANI
    Sıra
    №-si
    Tədbirin adıİcra müddətiİcraçılar
    8.1. Sitrus meyvəçiliyinin inkişafı üzrə institusional tədbirlər
    8.1.1.Sitrusçuluq sahəsində mövcud standartların beynəlxalq tələblərə uyğunlaşdırılması2018–2020Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
    Kənd Təsərrüfatı Nazirliyi
    8.1.2.Sitrusçuluq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyasının təşviqi2018–2021Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları
    8.1.3.Sitrus meyvələrinin istehsalı və ixracı sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    Xarici İşlər Nazirliyi
    8.1.4.Sitrusçuluq sahəsində mütərəqqi sığorta mexanizminin yaradılması2018–2019Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    Maliyyə Bazarlarına Nəzarət Palatası
    8.2. Sitrus meyvəçiliyi sahəsində elmi təminatın və
    kadr potensialının gücləndirilməsi
    8.2.1.Sitrusçuluqla məşğul olan müvafiq elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi2018–2020Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    Maliyyə Nazirliyi,
    Elmin İnkişafı Fondu
    8.2.2.Peşə-ixtisas və ali təhsil müəssisələrində sitrus meyvəçiliyi sahəsi üçün ixtisaslı kadrların hazırlanmasının təşkili2018–2022Kənd Təsərrüfatı Nazirliyi,
    Təhsil Nazirliyi
    8.2.3.Sitrus bitkiləri ilə bağlı elmi tədqiqatların nəticələrinin tətbiqinə dair təkliflərin hazırlanması2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    Azərbaycan Milli Elmlər Akademiyası
    8.3. Sitrus meyvəçiliyinin infrastruktur təminatının yaxşılaşdırılması
    8.3.1.Yeni ərazilərdə sitrus meyvə bağlarının salınması məqsədi ilə torpaqların müəyyən edilərək əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlərin görülməsi2018–2021Nazirlər Kabineti,
    Kənd Təsərrüfatı Nazirliyi,
    Əmlak Məsələləri Dövlət Komitəsi,
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
    yerli icra hakimiyyəti orqanları
    8.3.2.Sitrus meyvə bağlarının su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün su təsərrüfatı obyektlərinin təmiri, bərpası, yenidən qurulması və tikintisi2018–2025Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC,
    Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi
    8.3.3.Sitrus meyvə bitkilərinin tinglik təsərrüfatının yaradılmasının və maddi-texniki bazasının gücləndirilməsinin dəstəklənməsi2018–2021Kənd Təsərrüfatı Nazirliyi,
    Azərbaycan Milli Elmlər Akademiyası
    8.3.4.Sitrus meyvələrinin saxlanılması, çeşidlənməsi və qablaşdırılması üzrə fəaliyyət göstərən müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi və yenilərinin yaradılmasının dəstəklənməsi2018–2021İqtisadiyyat Nazirliyi,
    Kənd Təsərrüfatı Nazirliyi
    8.4. Sitrus meyvəçiliyi sahəsində dövlət dəstəyi tədbirləri
    8.4.1.Yeni sitrus meyvəçiliyi təsərrüfatının yaradılmasının dəstəklənməsi2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi
    8.4.2.Sitrus meyvələrinin istehsalı sahəsində fəaliyyət göstərən fermerlərə müasir aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, logistika və sair sahələrdə məsləhət xidmətlərinin təşkili2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    Azərbaycan Milli Elmlər Akademiyası,
    İqtisadiyyat Nazirliyi,
    “ABAD” publik hüquqi şəxs
    8.4.3.Sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görülməsi2018–2025İqtisadiyyat Nazirliyi,
    Kənd Təsərrüfatı Nazirliyi
    8.4.4.Müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsi2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC
    8.4.5.Sitrusçuluq sahəsinin texnika, maşın və mexanizmlərlə təminatının yaxşılaşdırılması2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    Maliyyə Nazirliyi
    8.4.6.Sitrus meyvə bağlarının mineral və üzvi gübrələrlə təminatının yaxşılaşdırılması2018–2025Kənd Təsərrüfatı Nazirliyi
    8.5. Sitrus meyvəçiliyi sahəsində marketinq fəaliyyətinin
    gücləndirilməsi və ixracın təşviqi
    8.5.1.Sitrus meyvə istehsalçılarının yerli və beynəlxalq bazarlarda marketinq fəaliyyətinin dəstəklənməsi, sitrus meyvələri ixracının təşviqi2018–2025İqtisadiyyat Nazirliyi,
    Kənd Təsərrüfatı Nazirliyi
    8.5.2.Sitrus məhsulları üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfrans, festivallarda iştirak, qabaqcıl nailiyyətlərə görə mükafatlandırma və digər tədbirlərin həyata keçirilməsi2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    yerli icra hakimiyyəti orqanları
    8.5.3.Sitrus məhsullarının istehsalı və emalı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi və mütəmadi olaraq yenilənməsi2018–2025Kənd Təsərrüfatı Nazirliyi,
    İqtisadiyyat Nazirliyi,
    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    2. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    3. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    4. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    6. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    7. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    8. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    9. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    10. 15:31 Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    11. 15:30 Masallıda rayon rəhbərinin 22 may 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 06:39 Şəhid qardaşların ev-muzeyi ziyarət edildi
    13. 23:30 Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul
    14. 23:30 Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış
    15. 23:30 Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir
    16. 23:00 Masallının Türkoba ərazisində şəhid məzarları ziyarət olundu
    17. 14:59 Masallının yollarında təmir işləri davam etdirilir 01-20 may 2025
    18. 14:08 Masallıda 01-20 may 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 14:05 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-20 may 2025-ci il
    20. 14:02 Masallıda abadlıq və xeyriyyə işləri 01-20 may 2025
    21. 17:08 Yeni Zuvand kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:11 Masallıda barama mövsümünə start verildi
    23. 23:40 Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir
    24. 19:27 Masallıda “Beynəlxalq Ailə Günü” bukletləri paylanıldı
    25. 19:22 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ev-muzeyini ziyarət etdi
    26. 19:18 Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb - Statistika
    27. 22:38 Şəhid Anar Novruzovun xatirəsi anıldı
    28. 21:11 Masallıda “Arşın mal alan” tamaşası
    29. 20:57 Masallıda rayon rəhbərinin 15 may 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:35 Masallının Güllütəpə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:21 Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 20:35 Xıl kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    33. 18:30 Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi
    34. 18:27 Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir
    35. 15:10 Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən çoxdur  
    36. 12:08 Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası
    37. 08:17 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər   
    38. 23:30 Yeni əməkdaşlıq imkanlarının mövcudluğu
    39. 22:30 Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi
    40. 17:52 Sağlam məktəbli...           
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ