Masallıda sitrus əkinləri genişlənir
- 19-10-2021, 19:44
- İqtisadiyyat / Aqrar
- 0
- 449
Masallıda sitrus əkinləri genişlənir
Masallı rayonu üçün ənənəvi təsərrüfat sahəsi olan sitrusçuluğun inkişafına ildən-ilə diqqət artır. Fermerlər bu il 41 hektar sahədə yeni sitrus bağları salmağı reallaşdırıblar. Hazırda ərazilərdə sitrus əkininə başlanıb.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə Tüklə, Məmmədoba, Mahmudavar, Babaser, Masallı və başqa ərazilərdə əkin sürətlə davam edir. İndiyə kimi 4,6 hektar sahədə əkin başa çatıb. Hazırlanmış 7,5 hektar torpağa da Astara rayonundan gətirilmiş yerli və yapon növlü mandarin tingi köçürülür. Bundan əlavə 29 hektar sahə də əkinə hazırlanır.
Payızın sonuna kimi rayonda 38 hektarda mandarin, 3,5 hektar sahədə isə limon bağı salınacaq.
www.yeniheyet.az