• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Viləşçay Su Anbarının ikinci növbəsi tikintisinin lahiyələndirməsindən ötrü yerində baxış keçirilib

    Viləşçay Su Anbarının ikinci növbəsi tikintisinin lahiyələndirməsindən ötrü yerində baxış keçirilib

    Viləşçay Su Anbarı Masallı rayonunda aqrar sahənin inkişafında mühüm rol oynayır

    Yanvarın 19-da Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və başqaları Masallı rayonunun Qəriblər kəndi ərazisində Viləşçay Su Anbarının ikinci növbəsi tikintisinin lahiyələndirməsindən ötrü yerində baxış keçiriblər.
    Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Masallı şəhərində yerləşən abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
    Sonra tədbir iştirakçıları şəhərin Qəhrəmanlar parkında, şəhidlərin xatirəsinə inşa edilmiş «Şəhidlər abidə-kompleksi»ni ziyarət ediblər.
    Yeniheyet.az xəbər verir ki, tanışlıq zamanı qeyd edilmişdir ki, ölkəmizdə meliorasiya sahəsində də mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Prezident İlham Əliyevin bu sahənin inkişafına yetirdiyi diqqətin nəticəsidir ki, Azərbaycanda nəhəng su anbarları, kanallar tikilib istismara verilib və digər iri layihələr icra edilib. Bu layihələrin tam icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində də ölkədə meliorasiya və su təsərrüfatının yenilənməsi sahəsində ciddi nailiyyətlər qazanılıb. Viləşçay Su Anbarı da bu sahənin inkişafına dövlət qayğısının göstəricisidir.
    İdarənin rəisi Rusif Kərimov su anbarının planı, Viləşçay magistral suvarma kanallarının sxemi, Viləşçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verib.
    Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf etmiş və yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Aqrar sahəyə xidmət edən qurumlar sırasında meliorasiya və su təsərrüfatı xüsusilə önəmli yer tutur. Təsadüfi deyil ki, yeni qəbul olunmuş regional inkişaf proqramında bu şəbəkənin genişləndirilməsi, əkinlərin suya tələbatının tam ödənilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Viləşçay Su Anbarı İstismar İdarəsi də Masallı rayonunda aqrar sahənin inkişafında, ərzaq bolluğu yaradılmasında mühüm rol oynayır. 1986-cı ildən fəaliyyət göstərən bu idarə rayonun 10000 hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin balansında ümumi həcmi 46 milyon kubmetr olan su anbarı, kəndlərdə kiçik su tutarı istillər, ümumi uzunluğu 438 kilometrdən çox olan açıq suvarma kanalları, 169 ədəd müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluğunda, 1200 millimetr diametrdə yeraltı boru kəmərləri, 5360 hektar sahədə qapalı suvarma şəbəkəsi vardır.
    Sonra işçi qrupunun iclası keçirilib. İclasda səsləndirilən və Viləşçay su bəndinin ikinci hissəsinin qurulması barədə geniş fikir mübadiləsi aparılıb.

     

    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ