Masallıda bələdiyyələri
- 23-02-2022, 09:00
- İqtisadiyyat
- 0
- 387
1 yanvar 2022-ci il tarixiə kimi Masallı rayonunda yerli özünü idarəetmə orqanı olan 36 bələdiyyə mövcud olmuşdur.
Bələdiyyə büdcəsinin gəlirləri 2021-ci ilin yanvar-dekabr aylarında 490,7 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 188,9 min manat və ya 62,9 faiz çoxdur.
2021-ci ilin yanvar-dekabr aylarında bələdiyyə gəlirlərinin əsasını bələdiyyə əmlakının və torpağın özəlləşdirməsindən və icarəyə verilməsindən olan gəlirlər təşkil etmişdir. Gəlirlərin 3,4 faizi vergi olmayan gəlirlərdən ibarət olmuşdur.
2021-ci ilin yanvar-dekabr aylarında bələdiyyələrin yerli büdcəsinin xərcləri 380,0 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21,7 faiz çox olmuşdur. Ümumi xərclərin 47,7 faizi yerli özünü idarəetmə orqanlarının saxlanması, 5,1 faizi sosial müdafiə və sosial təminat xərcləri və 47,2 faizi isə digər xərclərin payına düşür.
Məlumatı «Yeni həyat» qəzetinin redaksiyasına Masallı rayon statistika idarəsinin rəisi əvəzi Ülfət Məmmədov bildirib.
www.yeniheyet.az