• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallının çiyələk sahələrində məhsul boldur

    Masallının çiyələk sahələrində məhsul boldur


    Masallıda açıq sahələrdə yetişdirilən çiyələyin dəriminə başlanılıb. İki ildir əkilən yeni sortlar xarici bazarlara da çıxarılır.

    Masallının Şərəfə kənd sakini, fermer Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk, sarımsaq və digər kənd təsərrüfatı bitkiləri əkir. Bu il 3 hektar sahədə dadlı, ətirli “Samra” adlanan çiyələk sortu yetişdirib. Bir neçə gündür sahələrdə məhsul yığılır. Fermer deyir ki, “Samra” sortu yaxşı məhsuldardır: “Baxmayaraq ki, mart ayında yağmurlu keçən havalarda selbasmalar oldu, müəyyən qədər sahələrimizə ziyan dəydi. Amma sahəni dirçəldə bildik, lazımi aqrotexniki qulluq elədik. Gördüyünüz kimi, məhsuldarlıq da yaxşıdır”.

    İki ildir əkilən yeni sortlar artıq xarici bazara çıxış imkanları da yaradıb. Bu mövsüm Rusiya və digər MDB ölkələrinə hələlik parniklərdə yetişdirilən çiyələk göndərilir.

    Çiyələk əkini ilə məşğul olan Rafiq Abbasov da eyni sort çiyələk əkib. “Çiyələkdə belə bir xüsusiyyət var. Buna yağış, su, şeh dəydikdə xarici bazara çıxarmaq risklidir. Daxili bazarda isə Bakı ilə yanaşı, bütün bölgələrə göndərilir. Bu gün Bərdəyə, Xaçmaza çiyələk göndərmişəm. Havalar isindikcə çiyələk də böyüyür, dadı, iyi daha yaxşı olur. Xarici bazarlara da məhsul çıxarırıq”, - deyə fermer bildirir.
    Onun sözlərinə görə, torpağı sevə-sevə əksən, bir ailənin 1 illik dolanışığını torpaqdan çıxarmaq olar. Rafiq Abbasov deyir ki, fermerlərə dövlət tərəfindən lazımi kömək göstərilir. İstər subsidiya, istər becərmə işlərində dəstək verilir.

    Elə bu qayğı və dəstək gənc fermer Əmrah Abbasovu da torpağa bağlayıb. O da bir neçə ildir çiyələk yetişdirir: “İlk vaxtlarda əmimlə birgə əkib-becərirdim. Sonra gəlirli sahə olduğu üçün bu işlə özüm tək məşğul olmağa başladım. Keçən il təxminən 1 hektar sahədə əkmişdim. Bu il 2 hektara çatdırmışam. Gəlirli sahədir. Əkin yerini gələn il də artıracağam. Hektara 40-50 ton yaxşı məhsul verir”.
    Ötən il Masallıda hektara 23 ton olmaqla, 5 min tona yaxın çiyələk tədarük edilib. Builki çiyələk yığımı isə hava şəraitindən asılı olaraq noyabr ayınadək davam edəcək.





    İsmayıl Cəfərli

    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ