Главная > İqtisadiyyat > 11 ton 661 kiloqram yaşıl çay yığılıb

11 ton 661 kiloqram yaşıl çay yığılıb


13-06-2023, 08:53. Разместил: admin44

“Azərsun” MMC-nin Böyük Kolatan ərazisində  yetişdirdiyi 100 hektar çay plantasiyasında məhsul istehsalı ilbəil yüksəlir.

Bu il çay ustaları yığımın birinci mərhələsində plantasiyalardan 11 ton 661 kiloqram məhsul yığaraq Astara çay fabrikinə yola salmışlar ki, bu da ötən ildəkindən çoxdur.
Kollektiv nəticələri yaxşılaşdırmaq üçün bu günlər səylə çalışır. Hazırda cərgəaraları becərilir, alaqdan təmizlənir, suvarmaya hazırlıq işləri həyata keçirilir.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад