Главная > İqtisadiyyat > Barama təhvili davam edir

Barama təhvili davam edir


13-06-2023, 20:22. Разместил: admin44

Azərbaycanda ipəkçiliyin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
   
O cümlədən Masallı rayonu üçün də baramaçılıq ənənəvi məşğuliyyət sahəsinə çevrilmişdir. Artıq rayonumuzda kümçülər məhsullarını təhvil verməyə başlamışlar.

Belə ki, mövsümün əvvəlindən kümçülərdən 5200 kiloqramdan çox  məhsul qəbul edilib. Kümçülər bu il qəbul məntəqəsinə 6400 kiloqram barama təhvil verməyi planlaşdırırlar. Bu iş hal hazırda davam etdirilir.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад