Главная > İqtisadiyyat > MASALLIDA ORTA AYLIQ NOMİNAL ƏMƏKHAQQI 5,8 FAİZ ARTMIŞDIR - STATİSTİKA

MASALLIDA ORTA AYLIQ NOMİNAL ƏMƏKHAQQI 5,8 FAİZ ARTMIŞDIR - STATİSTİKA


28-08-2024, 18:22. Разместил: admin44

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-iyun aylarında  15702 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7974 nəfər (50,8 faiz), qeyri-dövlət sektorunda isə 7728 nəfər (49,2 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 23,6 faizi məhsul istehsalı sahələrində, 76,4 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.


2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 5,8 faiz artaraq 596,4 manat təşkil etmişdir. Dövlət  müəssisələrində çalışan işçilərin əməkhaqqları 734,3 manat (əvvəlki ilin müvafiq dövründən 6,5 faiz çox), özəl müəssisələrdə isə 453,3 manat (əvvəlki ilin müvafiq dövründən 6,8 faiz çox) olmuşdur.
       
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində, təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

   

шаблоны для dle 11.2
Вернуться назад