Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb

    Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb


    İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb. 
    İZİA-dan  bildirilib ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsi ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. 

    Belə ki, Sənaye Məhəlləsində indiyədək 15,9 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. Həmçinin bu ilin I yarısında 1,5 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz çoxdur. Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi dövlət başçısının 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılıb, 2018-ci ilin 18 sentyabr tarixindən fəaliyyətə başlayıb. Sənaye Məhəlləsi mebel məhsullarının, tikinti materiallarının istehsalı, tütün emalı və s. sahələr üzrə ixtisaslaşıb. 

    Masallı Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin edilirlər. Bundan başqa sənaye məhəllələrinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalana bilərlər.
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:34 Boradigah qəsəbə İ. Nağıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    2. 19:26 Masallıda 1 Mart – Mülki Müdafiə Günü qeyd olunub
    3. 19:24 Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elgün Mikayıllının atasını xəstəxanada ziyarət etdi
    4. 13:48 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
    5. 13:46 Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının Açılışında Tarixi Çıxışı
    6. 13:42 MASALLIDA XOCALI FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
    7. 11:59 Masallı RİH başçısı 26 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    8. 18:20 Rayon rəhbəri Güllütəpə ərazisində şəhid məzarlarını ziyarət etdi 25.02.2026
    9. 18:18 Rayon rəhbəri Güllütəpə ərazisində tikintisinə başlanılan mərasim evinə baxış keçirib - 25.06.2026
    10. 16:05 Masallının Güllütəpə kəndində səyyar qəbul keçirilib - 25.02.2026
    11. 12:27 Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
    12. 17:52 26 Fevral – Xocalı soyqırımı və onun siyasi tərəfləri
    13. 16:05 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşla bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olub 20.02.2026
    14. 16:04 Masallı rayon rəhbəri yanğın nəticəsində zərər görmüş evdə aparılan təmir işləri ilə tanış olub
    15. 20:43 Masallı rayonu Yeni Zuvand kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    16. 15:10 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır Masallıda tədbir
    17. 12:02 Masallı RİH başçısı 19 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    18. 18:49 Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026
    19. 16:44 Masallı rayon rəhbəri Öncəqala ərazisində tənha yaşayan vətəndaşın qayğıları ilə yerində maraqlanıb
    20. 15:17 Rayon rəhbəri Öncəqala ərazisində şəhid məzarlarını ziyarət etdi 18.02.2026
    21. 14:52 Masallıda Öncəqala ərazisinin Hüseynhacılı kəndində səyyar qəbul keçirilib
    22. 14:42 BAKI-BELQRAD ƏMƏKDAŞLIQ KÖRPÜSÜ DAHA DA MÖHKƏMLƏNİR
    23. 08:20 Masallıda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addım atılıb
    24. 11:53 Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri olmuşdur
    25. 09:03 İlham Əliyevin Serbiyaya səfəri: Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ
    26. 19:31 Rayon rəhbəri Sərçuvar kəndində şəhid məzarlarını ziyarət etdi 16.02.2026
    27. 19:28 Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət olundu
    28. 12:25 Rəqəmsal inkişaf Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir
    29. 10:16 “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə keçirilib
    30. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    31. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    32. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    33. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    34. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    35. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    36. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    37. 09:07 Ərazi nümayəndəsinin tribunası
    38. 09:05 Allah rəhmət eləsin
    39. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    40. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    «    Mart 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    DÜNYA XƏBƏRLƏRİ