Masallında şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələniblər
Masallında şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələniblər
Masallıda Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən toy mərasimlərindən birində karantin rejiminin qayda və tələblərin pozulması halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, “Qəriblər” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Həmin şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilib. Şadlıq sarayının sahibi 4000, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimələniblər.
www.yeniheyet.az