• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Dünya şöhrətli geoloq Mirəli Qaşqay Azərbaycanın orijinal geotermik xəritəsini tərtib edib

    Dünya şöhrətli geoloq Mirəli Qaşqay Azərbaycanın orijinal geotermik xəritəsini tərtib edib

    Dünya şöhrətli geoloq Mirəli Qaşqay Azərbaycanın orijinal geotermik xəritəsini tərtib edib



    Yanvarın 7-si dünya şöhrətli geoloq, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Mirəli Qaşqayın doğum günüdür.

    O, 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında oxuyub, 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib, 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Petroqrafiya İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil alıb. Moskva şəhərində SSRİ Elmlər Akademiyası Geologiya Elmləri İnstitutunun ixtisas komissiyasının iclasında “İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

    Alim Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədən “Dünya alunit yataqlarının tədqiqi”nə dair ikicildlik əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilib.

    Akademik M.Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. M.Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən biri olub. Onun təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində akademik M.Qaşqay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik edib və böyük bir məktəb yaradıb.

    M.Qaşqay 1942-ci ildə “Azərbaycanın əsas və ultrahəssas süxurları sahəsində mineraloji-petroqrafik tədqiqatlar” adlı doktorluq dissertasiyası müdafiə edib.

    O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü və birinci akademik-katibi vəzifəsinə seçilib, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin professoru elmi rütbəsi alıb.

    Görkəmli alim Britaniya, İrlandiya və Amerika mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Paquoş Sülh Konfransının işində iştirak edib. Onun “Yeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqında” və “Ərəb şərqi və onun təbii sərvətləri” mövzularında etdiyi çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa səbəb olub.

    M.Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə geniş qeyd edilib. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap olunub, adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına (“Kim kimdir” – Avstriya, “Kim kimdir” – ABŞ, Çikaqo) daxil edilib.

    Alim Azərbaycanın hidrokimyəvi rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlayıb və respublikanın bütün ərazisi üzrə beş min metrədək dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını əks etdirən orijinal “Azərbaycanın geotermik xəritəsi”ni tərtib edib.

    Onun “Zəylik yatağında alunitləşmə və kaolinləşmə”, “Azərbaycanın əsas və ultrahəssas süxurları”, “Azərbaycanın mineral qaynaqları”, “Tərtər çayının yuxarı axarının geologiyası”, “Şuşa rayonunun geoloji-petroqrafik xarakteristikası, mineral qaynaqları və faydalı qazıntıları”, “Listve-nitlər, onların genezisi və təsnifatı” və başqa fundamental əsərləri keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə yaxşı məlum idi. Alim yeddicildlik “Azərbaycan geologiyası” nəşrinin tərtibatçılarından biri olub.

    Akademik M.Qaşqayın rəhbərliyi altında geologiya elminin müxtəlif istiqamətləri üzrə 60 namizədlik və 10-dan çox doktorluq dissertasiyası müdafiə edilib.

    M.Qaşqay keçmiş Sovet İttifaqında Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri və həqiqi, Lvov Geologiya Cəmiyyətinin, SSRİ EA Yer Elmləri Bölməsinin nəzdindəki Petroqrafiya Komitəsinin üzvü seçilib. O, “Azərbaycan sovet ensiklopediyası” baş redaksiyasının, Terminologiya Komitəsinin, “Sovet geologiyası” və “Azərbaycan SSR EA-nın Xəbərləri” (Yer elmləri seriyası) jurnallarının redaksiya heyətinin üzvü olub.

    Görkəmli alim iki dəfə (1945-1962-ci, 1967-1974-cü illərdə) Azərbaycan EA-nın akademik-katibi seçilib.

    Tanınmış geoloq, akademik M.Qaşqay 1977-ci il aprelin 23-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.AZERTACшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    2. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    3. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    4. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    5. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    7. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    8. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    9. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    10. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    11. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    12. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    13. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    14. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    15. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    16. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    17. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    18. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    19. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    20. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    21. 19:56 Qalıb Azərbaycan Ordusu
    22. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    23. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    24. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    25. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    26. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    27. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    28. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    29. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    30. 10:00 Peşəkar ordumuz
    31. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    32. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    33. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    34. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    35. 19:02 Ələşrəf Niftiyev 80
    36. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    38. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    39. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    40. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ