Cəsur və fədakar Azərbaycan polisi
- 5-07-2022, 09:30
- Maraqlı
- 0
- 318
Masallı rayon Mərkəzi Kitabxanasında 2 iyul Azərbaycan Polisi Gününə həsr olunmuş “Cəsur və fədakar Azərbaycan polisi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov Azərbaycan polisinin 104 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini bildirib. Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova mövzu ilə bağlı geniş məruzə edib.
Tədbirdə çıxış edən kitabxananın əməkdaşları Ağahüseyn Hüseyni, Rasif Dadaşov Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az