• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » “Elektron hökumət”in yaradılmasında arxivin rolu

    “Elektron hökumət”in yaradılmasında arxivin rolu



    “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu xalqımızın tarixini əks etdirən yeganə mənbədir, ikincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.  

    Heydər Əliyev                                                                                                

    44 günlük Vətən müharibəsindən sonra, Azərbaycan Respublikasının bütün regionlarında, eləcə də düşmən tapdağından azad edilmiş torpaqlarımızda aparılan quruculuq və abadlıq işləri, sosial sahədə aparılan islahatlar xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Bu məqsədlə, ayrı-ayrılıqda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul edilmiş və bu proqramlar layiqincə yerinə yetirilməkdədir. Yeni dünya standartlarına uyğun çəkilən yollar, salınan körpülər, istirahət parkları və meydanları, bir-birindən möhtəşəm komplekslər, əyləncə mərkəzləri, ticarət obyektləri, yeni salınan ağıllı kəndlər, hava limanları, istirahət və turizm mərkəzləri, sosial obyektlər, inzibati binalar, yaşayış evləri və s., xalqımızın xidmətinə verilməkdədir.
               
    Ulu öndərimiz H.Əliyevin qurub-yaratdığı müasir Azərbaycan hökuməti hər vasitə ilə xalqımızın xidmətindədir. Belə ki, beynəlxalq aləmdə Respublikamızın nüfuzunun günü-gündən artması, imzaların içərisində bizim də imzamızın olması, nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsinin eşidilməsi, beynəlxalq təşkilatlarda sədrlik etməsi, neft və qeyri-neft sektorunda sosial-iqtisadi inkişafın, iqtisadiyyatımızın davamlılığı, ordumuzun güclənməsi, kosmik aləmdə yerinin olması, Ulu Öndərimizin düzgün daxili və xarici siyasətə malik bir dövlət qurması və onun layiqli siyasi davamçısı, beynəlxalq aləmdə Azərbaycan xalqını layiqincə təmsil etmə qüdrətinə malik prezidentimiz cənab İlham Əliyevin düzgün siyasi və qətiyyətli addımlarının bəhrəsidir ki, bundan da xalqımız yararlanmaqdadır. Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz Qafqaz regionunda ən güclü dövlət olması ilə yanaşı dünya miqyasında iqtisadi cəhətdən inkişaf etmiş qabaqcıl dövlətlərdən birinə çevrilmişdir. Buna bariz nümunə olaraq 44 günlük müharibədə düşmənə dəmir yumruqla yerini göstərməsi və düşməni torpaqlarımızdan itiqovan kimi uzaqlaşdırmasıdır.
             
    Yuxarıda göstərilən nailiyyətlər Masallı rayonunda da öz əksini tapmışdır: Yeni tikilmiş məktəb və uşaq baxçaları, rayon yollarının genişləndirilməsi və asfaltlanması, ticarət silsilələrinin müasir üslubda tərtibatı, Qarabağ müharibəsi əlilləri və iştirakçılarına göstərilən diqqət və qayğı, salınmış yaşıllıqlar, yeni tikilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələri, yaşayış evləri, yeni istirahət parkları, qaz, su, kanalizasiya şəbəkələrinin yaradılması, rəqəmsal icra hakimiyyəti portalının yaradılması və vətəndaşların istifadəsinə verilməsi, eləcə də “ASAN XİDMƏT”  mərkəzlərinin yaradılması və s. xalqımızın rifah halının yüksəldilməsi üçün görülən işlərə bariz nümunədir.              
           
    “Rəqəmsal icra hakimiyyəti“ və “Asan xidmət”in fəaliyyətində “Milli Arxiv Fondu”na daxil olan və daxil edilməsi ehtimal olunan sənədlərin elektron informasiya daşıyıcılarına köçürülməsi vacib məsələlərdən biridir. “Milli Arxiv Fondu”na daxil olan sənədlərin daha da etibarlı qorunmasından ötrü həmin sənədlərdə əksini tapmış informasiyaların rəqəmsal elektron informasiya daşıyıcılarına köçürülməsi, həm xalqımızın xidmətində olmağa,  həm də həmin informasiyalardan qısa müddət ərzində məlumatların alınmasına köməklik edəcəkdir. Arxiv sənədlərinin elektron informasiya daşıyıcılarına köçürülməsi üçün artıq bəzi tədbirlər və hazırlıq işləri görülmüş və bu əməliyyatın həyata keçirilməsi üçün yenə də  tədbirlər görülməkdədir. Bəzi sənədlər Milli Arxiv İdarəsi tərəfindən artıq skan edilib rəqəmsallaşdırılmışdır.
         
    Elktron informasiya daşıyıcılarına köçürüləcək bəzi məlumatlar; dövlət tikintiləri altına  torpaq sahələrinin ayrılması və onların yerlərinin dəqiq təyin olunması, dövlət əhəmiyyətli rayon daxili və rayonlararası yollar, su, qaz kəmərlərinin çəkilişi üçün ayrılmış torpaq sahələrinin dəqiqləşdirilməsi, rayonlararası dövlət əhəmiyyətli sututarlar altına ayrılmış torpaq sahələrinin, vətəndaşlara fərdi mənzil tikintisinə icazə verilməsi, tikilmiş fərdi mənzillərin qəbulu barədə verilmiş  qərarların, yaşayış binalarında vətəndaşlara verilmiş mənzillər üçün orderlərin qərarlarınin tapılması, vətəndaşlara verilmiş həyətyanı torpaq sahələrinin dəqiqləşdirilməsi, əmək veteranlarının təltifi “1941-1945-ci illərdəki Böyük Vətən Müharibəsi zamanı igidliklə çalışdığına görə” medalla (arxa cəbhə) təltiv olunanların siyahısının dəqiqləşdirilməsi, vətəndaşların iş stajının və əmək fəaliyyətinin müəyyənləşdirilməsi və s., Masallı Rayon Dövlət Arxivində mühafizə olunan idarəçilik sənədlərinin vasitəsi ilə və eləcə də digər məlumatlar idarə, müəsisə və təşkilatların arxivlərində qorunan sənədlər vasitəsi ilə, EİD-na köçürülməsi nəzərdə tutulur.
         
    Masallı Rayon Dövlət Arxivində 1930-2016-cı illəri əhatə edən ümumilikdə 35000 saxlama vahidindən çox, 244 fondda əhatə olunmuş və özündə 50-dən çox informasiya növünü  birləşdirən idarə, müəssisə və təşkilatlardan qəbul edilmiş daimi və 75 il saxlanma müddətli sənədlər mühafizə edilir ki, onların da hansı formatlarda tərtib olunması barədə məlumatlar aidiyyatı təşkilatlara verilmişdir.
       
    Arxiv sənədlərindən istifadə həm vacib həm də məsuliyyətli işdir. Tədqiq etdiyimiz sosial-hüquqi, tematik sorğuların və ya müraciətlərin çətinliyindən, axtarış mənbəyi olan məlumatlardan və sənədlərin arxivdə qalıb-qalmamasından asılı olaraq sorğuların və ya müraciətlərin tədqiqinə 1-10 gün, bəzən də daha çox vaxt lazım gəlir. Fəaliyyətini dayandırmış idarə, müəssisə və təşkilatların sənədlərinin tam şəkildə arxivə təhvil verilməməsi işimizə əngəllər yaradır. Ayrı-ayrı vətəndaşlarldan əldə etdiyimiz şifahi məlumatlar əsasında söhbətlər və danışıqlar apararaq bəzi sənədlərin arxivə gətirilməsinə, Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının Ekspertiza komissiyasına təqdim olunmasına və bu sənədlərin “Milli Arxiv Fondu”na daxil edilməsinə nail olmuşuq. Masalı Rayon Dövlət Arxivinə qəbul olunan sənədlərin “Milli Arxiv Fondu”na daxil edilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivi Lənkəran filialının rəhbərliyi ilə sıx əlaqələr yaradılmışdır. Onlar da öz növbəsində Masallı Rayon Dövlət Arxivinə yaxından metodiki kömək göstərirlər. Fəaliyyətini dayandırmış idarə, müəssisə və təşkilatların sabiq rəhbərlərindən və məsul işçilərindən həmin təşkilatların sənədlərinin arxivə təhvil verilməsində bizə yardımçı olmalarını xahiş edirik.
       
    Milli Arxiv idarəsi tərəfindən aparılmış kompleks yoxlama nəticəsində Masallı Rayon Dövlət Arxivinin (RDA) işi yüksək qiymətləndirilmiş və bütün işlərin Milli Arxiv tərəfindən təsdiq edilmiş “Arxivlərin əsas iş qaydaları”na uyğun olaraq aparılması qeyd edilmişdir. Bunun nəticəsidir ki, pandemiya dövründə onlayn qaydada və cari ildə isə adi qaydada keçirilən “Geniş Kollegiya İclaslarında”
           
    Masallı rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə ayrı-ayrı vaxtlarda Masallı RDA müasir avadanlıqlarla, elektrik enerji sərfiyyatının xərci qarşılanmış, poçt, rabitə, internet, mətbəə xidmət haqları ödənilmişdir. Arxiv kondinsioner və digər ləvazimatlarla təmin edilmişdir ki, bu da arxivin rayon rəhbərliyinin diqqətindən yayınmaması deməkdir. Arxivin müasir  avadanlıqlarla təmin olunması, tədqiqat işlərinin sürətlənməsində, sosial-hüquqi arxiv arayışlarının və arxiv çıxarışlarının yazılmasında, üdarə, müəssisə və təşkilatlarla yazışmaların daha müasir və sivil formada aparılmasında, bəzi məlumatların elektron formada tərtibində böyük əhəmiyyət kəsb edir. Arxivə qəbul olunan sənədlərin həcminin günü-gündən artması ilə əlaqədar sənədlərin yığılması və mühafizəsi üçün yerin çatışmazlığı məsələsi gündəmə gəlməkdədir. Ümidvarıq ki, bu yaxınlarda rayon Dövlət Arxivi üçün də yeni və müasir tələblərə cavab verə biləcək bina tikiləcəkdir.
       
    Masallı Rayon Dövlət Arxivi bundan sonra da əhalinin həyat rifahının yüksəlməsi üçün Arxivdə mühafizə olunan sənədlərdən istifadə etməklə bütün sorğu və müraciətlərə qısa müddətdə cavab verilməsinə, dövlət proqramlarının həyata keçirilməsində əlindən gələni əsirgəməməyə çalışacaqdır.



    Daşqın NƏZƏROV,
    Masallı Rayon Dövlət Arxivinin müdiri.





    “Yeni həyat” qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    2. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    3. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    4. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    5. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    6. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    7. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    8. 23:30 15 İyun - Milli Qurtuluş Günü
    9. 23:30 İşğaldan azad olunmuş ərazilərin yeni infrastrukturun yaranması bərpası, yenidənqurma işləri
    10. 23:30 Mötəbərliyin, qarşılıqlı etimadın, əmanətin tərənnümü
    11. 23:30 Tarixi qələbəyə aparan yol
    12. 23:30 Real təhdidlər qarşısında qalmış suverenlik
    13. 19:21 Rayon rəhbəri I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    14. 19:18 Masallıda “Qurtuluşa gedən yol” mövzusunda konfrans
    15. 18:11 Masallıda taxıl biçini xeyriyyə aksiyası ilə başladı
    16. 18:09 Daşınmaz əmlakın sığortalanmasının faydası
    17. 18:08 Masallıda rayon rəhbərinin 12 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    18. 18:05 Masallıda Gənclər və idman naziri vətəndaşları qəbul etdi
    19. 12:45 15 iyun Milli Qurtuluş günü - milli qurtuluş ideologiyasının təntənəsidir  
    20. 12:17 ULU ÖNDƏR VƏ YOX OLMAQDAN QURTULAN AZƏRBAYCAN..
    21. 21:00 Böyük xilkaskar - Masallıda tədbir
    22. 16:56 Masallının Təzəkənd kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 11.06.2025
    23. 16:25 Masallının Təzəkənd kəndində 11 iyun 2025-ci il tarixdə səyyar qəbul
    24. 15:36 15 İyun – Milli Qurtuluş Günü: Azərbaycanın Tarixində Dönüş Nöqtəsi  
    25. 11:31 Masallıda Qurban bayramı - 2025
    26. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    27. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    28. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    29. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    31. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    32. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    33. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    34. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    35. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    36. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    37. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    38. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    39. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    40. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ