Şəhid Əlimərdan Quluzadənin anım mərasimi
07 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Birinci Yeddioymaq kənində 44 günlük Vətən müharibəsinin şəhidi, baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Şəhid baş leytenant Əlimərdan Quluzadənin ailəsini ziyarət edən Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Şəhid baş leytenant Əlimərdan Quluzadənin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az